Səndən doyanda…

51 Baxış

ilham aslanovSenet.az İlham Aslanovun “Səndən doyanda” şeirini təqdim edir. Xatırladaq kimi İlham Aslanın “Qəlbimin səsi” və “Səndən doyanda” şeirlərinə musiqi bəstələnmişdir. Mahnıları müvafiq olaraq Sima Qasımova və Aygün Bəylət ifa edirlər. 

Üşüyür ürəyim sənsiz olanda,

Dolaşaraq sanki, qarda-boranda,

Sənin xəyalınla dincəlir yalnız,

Sənsizliyin fikri onu yoranda.

 

Vüsalın anidir, hicranın uzun,

Qədərim tanrıdan belə yazılıb.

Özümə yer tapa bilmirəm gülüm,

Gözlərim həsrətlə yola baxanda.

 

Qəribə işləri vardır dünyanın,

Tanrı niyə, səni mənə verməyib.

Bəs ürək, de necə vursun, yaşasın,

Köksündən bu qədər uzaq olanda.

 

Sənsiz həyatım boş,mənasız keçir,

Eşqinlə ruhlanıb, yaşayıram mən.

Xəyallar göylərə aparır məni,

Başımı əksinin üstə qoyanda.

 

Doydura bilməz heç vüsalın məni,

Daima yanımda olsan da mənim.

Lakin onu yəqin bilirəm gülüm,

Ölərəm!,Ölərəm səndən doyanda.

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10