Səninlə görüşə gəlmişəm, Allah

133 Baxış

gulnare xanim

Gülnarə Sadiq

 

Yığıb ətəyimə günahlarımı,

Alıb əllərimə ahu-zarımı,

Sərib yollarına arzularımı,

Rəhminə sığınıb gəlmişəm, Allah!

Səninlə görüşə gəlmişəm, Allah!

 

Behiştin tək arzum, tək diləyimdi,

İbadət qəlbimdə tək təsəllimdi,

Peyğəmbər sevdası tək zəfərimdi,

Aşiqəm, məşuqa gəlmişəm, Allah!

Səninlə görüşə gəlmişəm, Allah!

 

Kitabın baş tacım, Rəsulun nurum,

Fatimən xəyalım, Hüseynin yolum,

Əhli-beyt qərarım, eşqidir sonum,

Məhkumam hökmünə, gəlmişəm, Allah!

Səninlə görüşə gəlmişəm, Allah!

 

Xəyal dənizimin sən sultanısan,

Dostumsan, arxamsan, tək sirdaşımsan,

Rəbbimsən, haqqımsan, pənahımsan,

Əmanət canımla gəlmişəm, Allah!

Səninlə görüşə gəlmişəm, Allah!

 

 

 

 

 

 

Bölmə : Poeziya
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10