Sənsiz keçmir – Pərvin Abbaslının ŞEİRİ

212 Baxış

perisMənə soyuqdur sənsiz gecələr

baxışların əksik gəlir

Hərdən tək qalırdım amma,

indi günlər keçmək bilmir.

 

Ən uzun həsrət də bəzən,

bir neçə saat çəkirdi

İndi yoxsan ey nəfəsim

lay-lay deyir qəm-kədərim…

 

Bizimki qeyri-adi hiss

görəsən axı nə idi

ilk baxışdan sevgi, amma

çoxunu sevindirmədi

 

Mənə soyuqdur elə bil

Qışda, boranda qalmışam

Elə bil illərlə belə

tənha və yalqız qalmışam

 

hanı sevincin səbəbi

Hanı o ürkək baxışlı, isti nəfəsli sevgili?

hanı mənim göz işığım

Hanı gəncliyimin şahı?

 

İndi sözlər, həqiqətlər

Kimə edirlər lənətlər?

Səni məndən alan o pis

kirli və qatil əllər…

Bir də qaytara bilərmi?

mənə geri gətirərmi?

 

Para ürək  heç dözərmi yaşamağa, alışmağa

öz-özüylə barışmağa

xəyanətlə savaşmağa

güc gələrmi?

Səni sənsiz yaşamağa?

indi soyuq…üşüyürəm…

amma bəzən közərirəm…

bax yenə də mən dözürəm, gözləyirəm

 

Mənə soyuqdur gecələr…

Baxışların əksik gəlir

Hərdən tək qalırdım, amma

indi  günlər keçmək bilmir…

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10