Sənsiz…

30 Baxış

ilham

Çox istirablar içində,

Neçə illərdir sərasər,

Yaşayırdım mən ömrümü,

Sənsiz, səninlə bərabər.

 

Gündüzləri yola verib,

Gecələri ağladım mən.

Vüsalını xəyal etdim,

Sənsiz, səninlə bərabər.

 

Gəzib, dalaşırdım hər gün,

Gəzdiyimiz o yerləri.

Hər anı xatırlayaraq,

Sənsiz, səninlə bərabər.

 

Səhər tezdən gün çıxmamiş,

Gəlib dəniz kənarına,

Baxırdım doğan günəşə,

Sənsiz səninlə bərabər.

 

Bir vaxtlar bu mənzərəni,

İkilikdə seyr edərdik .

Xəzərdən qalxan səhəri,

Görüb, məktəbə gedərdik.

Hardadı indi o günlər,

Sən hardasan, mən hardayam,

Bax belə keçir həyatım,

Sənsiz, səninlə bərabər.

 

İlham Aslanov

03.03 2004

Bakı

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10