Şərif Ağayarın yeni romanı – “Gülüstan”

76 Baxış

sherifagYazıçı Şərif Ağayarın “Gülüstan” romanı çap olunub.

“Qanun” nəşriyyatında işıq üzü görən romanda əhvalatlar xəyali Gülüstan qəsəbəsində baş verir.

Əsərin qəhrəmanı Adil Əminov tarix müəllimi kimi Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgilisi, dostu və hər kəs  çox dəyişib. Adəm yaddaşında səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək. Və əbədi həqiqət bir daha təkrarlanacaq: Xatirələr əzab verir.

 

 

gulustan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10