Səsli filmlər necə yarandı?

62 Baxış

caz

Hələ səssiz kinonun mövcud olduğu vaxtlarda  filmləri səsləndirmək üçün bir neçə üsuldan istifadə edilib. Kinoteatrlarda filmin nümayişində pianoçunun fortepianoda ifası filmi müşayiət edir, bəzən də filmdə hansısa musiqi nömrəsi nümayiş etdirilirdi. Səs effektlərindən uğurlu istifadə edərək çıxış edən Uorner Brazers film şirkəti olub. Bu şirkət 1926-cı ildə bir neçə səsli qısametrajlı filmlər nümayiş etdirib. Lakin bu səsləndirmə küylərin çox olması və dialoqların yoxluğu ilə seçilirdi.

1927-ci ilin 6 oktyabrında Nyu-Yorkda ilk tammetrajlı səsli filmin, “Caz müğənnisi” filminin premyerası keçirildi. Bu filmdə baş rolu caz müğənnisi El Colson ifa edirdi. Səsli filmin meydana çıxması onu göstərdi ki, 30 illik səssiz filmin hegemonluğu başa çatmaq üzrədir. 1929-cu ildə  “Caz müğənnisi”  filmi Oskar mükafatı ilə təltif edilir.

Lakin az bir qism insan bu yeniliyin tərəfdarı deyildi. Bu insanlar arasında  tanınmış aktyorlar və alimlər var idi. Onlardan da biri Çarli Çaplin idi. Onun sözlərinə görə, səsli filmin yaranması pantomim sənətinin kökünü kəsəcək və kinoda səssizlik öz gücünü itirəcək. Lakin sadə tamaşaçılar  kinoteatrlara həvəslə gedir, ekranda göstərilən filmlər onları asılı edirdi. Bununla da kinematoqrafiyada səsli filmin yeni erası başlayır.

 

Tərcümə etdi: Səma Fuadqızı

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10