Səbir tələb edən rəsm əsərləri

32 Baxış

XVIII əsr şairi Semuel Conson demişdir ki, böyük işlər zor gücünə deyil, əzm sayəsində həyata keçirilir. Elə İsveç kriminoloqu Yuliya Koçeva da bu prinsiplə yaşayır. Bu gün o, kriminoloq işləyir, işdən sonra boş vaxtlarında isə möhtəşəm əsərlər yaradır. Saatlarla ağ vərəqə qələmlə nöqtələr qoyur və nəticədə çox gözəl rəsm əsərləri ərsəyə gəlir.

Yuliyanın rəsm çəkərkən itifadə etdiyi texnika stipplinq və ya oyma adlanır. Onun köməkliyi ilə təkrarolunmaz görüntü almaq mümkündür, lakin bir qədər səy göstərmək və səbir etmək lazımdır. Əvəzində isə belə gözəl nəticə!