Sənədli filmlərimiz beynəlxalq film festivalında

1 Baxış

1476195895rossiyaSənədli filmlərimiz 27-ci “Rossiya” açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunacaq. Festival 11-15 oktyabr tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

Senet.az Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, 13 oktyabr tarixində Xamiz Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işiğı və ya qəribə heykəltaraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) sənədli filmləri nümayiş olunacaq.

Proqram Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov tərəfindən təqdim olunur.

Bölmə : Kino