Səsin Turan Türküsüdür Tofiq Hacıyev

270 Baxış

tofiq haciyevArif Alim 

 

Min illər ərzində insan palçıqdan çıxıb göydələnlər yüksəldənə qədər çaba göstərdi. Daş alətlərdən nüvə silahına qədər inkişaf etdi. Və bu tərəqqinin spektrində insanoğlunun daxili qatına görə iki tipini müşahidə edirik. Birinci tip dünyaya mədə prizmasından baxdı və mənəvi aləmin zənginliyi ona tamamən yad oldu. İkinci tip xüsusi bir daxili dünyaya malik insan tipi idi ki, o, söz, sənət kainatını özünün ali obyekti bildi. Yəqin, çoxlarınız həyatda kimlərləsə qarşılaşmısınız və o ikiayaqlının gözlərinin və zehniyyətinin bədəninin orta paralelində yerləşdiyini görmüsünüz. Və məhz həmin kəs birinci insan tipinə aiddir.

Tofiq Hacıyev ikinci insan tipindən idi və bu xətt Azərbaycan mədəniyyətində min illərlə ayrıca bir qol kimi inkişaf edir. Həmin insanlar Nəsimi kimi soyulurlar, Vaqif kimi edam olunurlar, Axundov kimi xəstə düşürlər, Sabir kimi qaraciyərləri məhv olur, və … və… və xalqının, soyunun uğruna mücadilə edirlər sonuna qədər. Və bir də Tofiq Hacıyev vardı, Tofiq Hacıyev…

Tofiq Hacıyev 30-cu illərdə bütöv bir əhatə dairəsi repressiyaya uğramış ziyalılar nəslinə aid idi.

Tofiq Hacıyev Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Bəkir Çobanzadə, Vəli Xuluflu, Hümmət Əlizadə, Hənəfi Zeynallı, Əhməd Cavad mənəvi şəcərəsinin davamıdır, həmin şərəfli yolun yolçusudur.

Tofiq Hacıyev Türk dünyasının təbiətidir, Türk coğrafiyasının dağlarıdır, yovşan qoxulu Turan torpaqlarının üzərində qərar tutan səmadır.

Tofiq Hacıyev həlim, təmkinli, şirin danışığı Turan türküsü idi.

Tofiq Hacıyev müəllim  idi, alim idi, professor idi, dost idi, ata idi, baba idi, qardaş idi, sevimli insan idi, dərddaş idi və gözəl insan idi.

Tofiq Hacıyev etalon idi, ölçü, meyar idi.

Tofiq Hacıyev elə bir insan idi ki, onun haqqında hər kəs eyni xoş sözləri deyə bilərdi. Hər bir tanıdığı ilə səmimi idi, mehriban idi, sirdaş idi.

Tofiq Hacıyev hamının sevimlisi idi. Hamının əsl müəllimi idi.

Tofiq Hacıyev Universitetin sonuncu kursunda bizə Azərbaycan ədəbi dili ixtisasından mühazirə deyib. Sonrakı illərdə onun rəhbərlik etdiyi kafedra ilə münasibətlərimiz dərinləşdi. Mən doktoranturaya qəbul olanda dedi ki, gəl bizim kafedraya. Dedim ki, müəllim, bəs başqa kafedrada qalmışam. Bir az keyfi pozuldu. Dedi, eybi yox, amma heyif səndən. Səndən yaxşı dilçi çıxardı. Və hər dəfə görüşdükdə ata qayğısı ilə elmi işimlə maraqlanardı, məsləhətlərini verərdi.

Azərbaycan elminin, pedaqogikasının, məktəbinin bütöv bir nəsli Tofiq Hacıyevdən azından bir qətrə dadıb. Bütöv bir Azərbaycan insanı nəsli Tofiq Hacıyevin təfəkkürünün daşıyıcısıdır.

Tofiq Müəllim cismani olaraq aramızda yoxdursa da, yanımızda hər zaman onu hiss edirik, duyuruq, səsini eşidirik.

Allah sənə rəhmət eləsin. Tofiq müəllim. Və Tofiq müəllimlə bağlı danışanda əski Turan türkülərindən biri Altay dağlarının küləklərinə quşulub qulaqlarımıza süzülür:

Alp Er Tunqa öldü mü?

Dünya sahibsiz kaldı mı?

Felek öcünü aldı mı?

Şimdi yürek yırtılır.
Felek yarar gözetti.

Gizli tuzak uzattı.

Beylerbeyini kaptı.

Kaçsa nasıl kurtulur?
Beğler atlarını yordular.

Kaygı onları durdurdu.

Benizleri yüzleri sarardı.

Safran sürülmüş gibi oldular.

Erler kurt gibi uludular.

Hıçkırıp yaka yırttılar.

Kısık seslerle haykırdılar.

Ağlamaktan gözleri kapandı.

Gönlüm içten yandı.

Yetmiş yaş yaşlandı.

Geçmiş zaman arandı.

Tüm günler geçse de,

Yenə də aranır.