Sabir Əhmədlinin “Yazılmayan yazı” avtobioqrafik romanı çap olundu.

68 Baxış

sabirehmed

“XAN” nəşriyyatında Xalq yazıçısı Sabir Əhmədlinin avtobioqrafik səciyyə daşıyan “Yazılmayan yazı” adlı memuar-romanı  çap olunub. Kitabın redaktoru Rövşən Yerfidir.

Yazıçı uşaqlığından qocalığınadək keçdiyi ömür yolunu özü incələyib, bunu oxucularına böyük bir ərməğan kimi qələmə alıb. Böyük romançı burada da zamanın, məkanın ruhunu saxlamağa çalışıb və milli kimliyimizin gözləri önün-də hansı məngənələrdən keçdiyini özünün və qələm dostlarının timsalında göstərib. Özünün sərt romançı üslubuna sadiq qalan ədib bu xatirə-romanında da həqiqətlərin gözünün içinə dik bax-maqdan çəkinməyib.

Qeyd edək ki, “Xatirə ədəbiyyatı” layihəsinin tələblərinə uyğun olaraq yazıçının ailəsinin razılığı ilə müəyyən ixtisarlarla çap edilir.

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10