Sabir Rüstəmxanlı Məhəmməd Hadiyə kitab həsr etdi

24 Baxış

sa

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.

“Şair və şər” adlı düşüncələr romanı böyük millət şairi Məhəmməd Hadinin faciəli həyatına həsr olunub.

Şərti olaraq roman-esse də adlandırıla bilən bu əsər xalq şairinin “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Qorxu”, “Difai fədailəri”, “Sumani” romanlarından sonra yeddinci iri həcmli nəsr əsəridir.

Son illərdə buraxdırdığı şeir və publisistika kitabları ilə yanaşı bu romanda da xalqın və onun ayrı-ayrı böyük şəxsiyyətlərinin taleyi bütün mürəkkəbliyi ilə bölgədə gedən ziddiyyətli tarixi proseslər müstəvisində göstərilir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10