Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı Türkiyədə işıq üzü gördü

7 Baxış

92818_brpp38457g

Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı Türkiyədə nüfuzlu Akçağ nəşriyyatında işıq üzü görüb.

Roman gəncəli Cavad xanın həyatını, mübarizəsini əks etdirir.
Əsəri türk dilinə məşhur yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu İmdat Avşar çevirib.
İmdat Avşar romanı türkiyəli oxuculara belə təqdim edir: “XIX əsrin ortalarından etibarən Qafqazları aşaraq məqsədli şəkildə cənuba doğru enən Çar Rusiyasının qarşısındakı ən ciddi maneə Cənubi Qafqazın açarı olan Gəncə xanlığı idi. Digər xanlıqlar təslim olsalar da, rus müstəmləkəçiliyinə qarşı duran və “azadlıq bayrağını” Gəncənin ən yüksək zirvələrinə doğru çəkir və ruslarla amansız mübarizə aparıb son nəfəsinə kimi vuruşur.

“Ölüm zirvəsi” Cavad xan ilə oğlu Hüseyn xanın Gəncə qalasında vətən torpaqlarını canları bahasına müdafiə edərkən “ölüm zirvəsi”nə çatıb şəhidlik zirvəsinə yüksəlmələrinin, şanlı mübarizələrinin həzin bir hekayəsidir”.

Qeyd edəki ki, “Ölüm zirvəsi” romanı daha öncələr Azərbaycanda və Rusiyada işıq üzü görüb, oxucuların böyük marağına səbəb olub. Həmçinin, romanın motivləri əsasında “Cavad xan” filmi çəkilib.

KÖŞƏ YAZARLARI
TOP 10