Sabir Şahtaxtının “Yosun ətri” romanı Türkiyədə

4 Baxış

hg

 

Sabir Şahtaxtının qələmə aldığı “Yosun ətri” romanı Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən Ankarada nəşr olunub.

Türkiyənin məşhur “BENGÜ” yayın evi tərəfindən türkdilli oxuculara təqdim olunan nəşrin rəhbəri AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, tərcüməçisi yazıçı-publisist Mətin Yıldırımdır.

“Yosun ətri” romanı son dərəcə maraqlı və cəlbedici məzmunu, hadisələrin əhatə dairəsi, məlumat bolluğu, axıcı dili və həssas yazı üslubu, bədii gücü, ahəngdar təsvirləri, həyat gerçəklərinin dəqiq inikası, əxlaqi dəyərlərin tərənnümü, bir-birindən qüvvətli obrazların xarakterinə uyğun davranış normaları və s. yüksək keyfiyyətləri ilə dünya ədəbiyyatı üçün son dərəcə dəyərli bir vəsaitdir… Əsərin əsas qəhrəmanlarından olan Biruni, Bakıda təhsil alıb, Azərbaycan barədə xoş xatirələri var, əsər boyu Azərbaycan tarixinə və mədəniyyətinə dair çalarlar ana süjetdə qorunur.

“Yosun ətri” romanı Əfqanıstanda xüsusi maraqları olan böyük güclərin qurduğu siyasi oyunların əzablarını yaşayan əfqan xalqının məşəqqətlərini əks etdirən eşq hekayəsidir.

Bölmə : Ədəbiyyat