Sabir Sultanovun 70 illiyi

7 Baxış

 

jjj

 

 

 

 

 

 

 

 

 

 

Sabir Sultanov

Musiqili Teatrda Sabir Sultanovun 70 illiyi qeyd olunub

Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktyoru Sabir Sultanovun 70 yaşı tamam olub.

Qurumun Mətbuat xidmətindən Senet.az saytına  verilən məlumata əsəsən Dövlət Musiqili Teatrında Sabir Sultanovun xatirəsi anılıb və “Qızıl toy” (Ramiz Heydər, Oqtay Kazimi) tamaşasının növbəti nümayişi mərhum aktyorun 70 illiyinə həsr olunub. Tamaşanın nümayişindən öncə Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova S. Sultanovun həyat və yaradıcılığı haqqında çıxış edib. V. Mühacirova aktyorun oynadığı rolların hər zaman tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılandığını xüsusi qeyd edib. “Sabir Sultanovun “Qızıl toy” komediyasında canlandırdığı Fransız turist oğlan obrazını onun sənətinin pərəstişkarları indi də məmnunluqla xatırlayır. “Qızıl toy” tamaşasının bugünkü nümayişinin Sabir Sultanovun 70 illiyinə həsr olunmasının səbəbi də məhz budur”, – deyə V. Mühacirova bildirib.

Senet.az

Bölmə : Tarix, Teatr