“Saf ürəklər” Milli İncəsənət Muzeyində

6 Baxış

15112640255003463571_1000x669

Azərbaycan Milli İncəsənət Muzeyində Ümumdünya Uşaqlar Günü münasibətilə “Saf ürəklər” adlı xeyriyyə konserti təşkil edilib.

Muzeydən Senet.az-a bildirilib ki, “Sintra” Su Filtrləri Şirkətinin sponsorluğu və muzeyin təşkilatçılığı ilə reallaşan tədbirin əlaqəndiricisi Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Natəvan Mikayılqızıdır.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası, Bülbül adına orta ixtisas məktəbinin və İncəsənət Gimnaziyasının gənc istedadları tərəfindən Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirilib. Daha sonra uşaqlar arasında viktorina keçirilib, qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

KÖŞƏ YAZARLARI
TOP 10