“Sağ qalmış” filmi ABŞ-ın Rejissorlar Gildiyasının mükafatını qazanıb

29 Baxış

Aleksandr QonsalesABŞ-ın Rejissorlar Gildiyası “Sağ qalmış” filmini ən yaxşı bədii film adlandırıb. Senet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gildiyanın rəsmi saytında elan edilib.

Alexandro Qonsales İnyarritu bu mükafatı ikinci dəfə əldə edən ilk rejissor olub. Keçən il rejissora qələbə qazandıran film isə “Berdmen” olmuşdu. Ötən il rejissor “Berdmen” filminə görə, Amerika kinoakademiyasının “ən yaxşı rejissor” nominasiyasında mükafat qazanmışdı.

İnyarritunun “Sağ qalmış” filmi isə bu il “Oskar” kinomükafatına namizəddir.