“Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq!” layihəsinin fevral ayı ərzində gördüyü işlər

24 Baxış

download

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ”Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant” müsabiqəsinin qalibi olmuş “Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq!” layihəsinin fevral ayı ərzində gördüyü işlər və yekun hesabat.

 

Fevral ayı ərzində layihənin icra planında nəzərdə tutulduğu kimi Şəki şəhərində yerləşən 15 təhsil müəssisinə könüllülərin iştirakı ilə layihə çərçivəsində nəşr olunmuş “Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq!” adlı kitab paylanmışdır. Ümumilikdə Şəki şəhər 1№-li Peşə məktəbinə, Səki şəhərində yerləşən 2, 3, 4, 5, 6, 7, 9, 10, 11, 18, 20, 21 nömrəli Şəki şəhər tam orta məktəblərinə, Səki şəhər inteqrasiya tipli Gimnaziyasına, Fizika Riyaziyyat təmayüllü liseyinə 125 ədəd kitab təhvil verilmişdir. Hər bir məktəb direktoru ilə layihənin və onlara verilən kitabların şagirdlərə hansı faydaları ola biləcəyi haqqında birlikdə fikir mübadiləsi aparılmışdır. Layihənin 2-ci hissəsində nəzərdə tutulduğu kimi esse və məqalə müsabiqəsi təşkil olunmuş bu müsabiqəyə 5 ümumtəhsil müəssisindən 79 nəfər şagird qatılmışdır. Müsabiqə əvvəlcədən elan olunduğu kimi 05 yanvar 2021-ci il tarixdən 22 fevral 2021-ci il tarixinə qədər olan dövr ərzində keçirilmişdir. Qeyd edim ki, müsabiqə onlayn təşkil olunduğundan bir çox şagirdlər texniki problemlərin olduğu üçün iştirak edə bilməmişdir. Yekunda şagirdlərin qiymətləndirilməsi aparılmış, 3 ən yaxşı esse yazan şagirdlərə müxtəlif mükafatlar təqdim olunmuş, 3 ən yaxşı məqalə isə senet.az saytında dərc olunmuşdur. 24 fevral 2021-ci il tarixdə layihənin yekunları və gələcəkdə davamlığının təmin olunmasına dair onlayn iclas təşkil olunmuş, bu iclasda Şəki şəhər icra hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, iştirakçı məktəblərin direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişdir. Layihədə nəzərdə tutulduğu kimi qərara alınmışdır ki hər il noyabr ayini sağlam həyat tərzini təbliği ayı elan etsinlər və bu ayda müxtəlif tədbirlər həyata keçirsinlər. Beləliklə şagirdlər öyrəndikləri bilikləri bir-birinə ötürər və layihənin davamlılığı təmin olunmuş olar.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10