“Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq” layihəsinin ikinci ayının hesabatı

16 Baxış

“Təhsildə-inkişaf-və-innovasiyalar-üzrə-IV-Qrant-Müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə 4-cü qrant müsabiqəsinin qalibi olmuş “Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq” layihəsinin icra planına uyğun olaraq ikinci ay üçün nəzərdə tutulmuş işlər yerinə yetirilmişdir.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, “Zərərli vərdişlərin, narkotik, tütün çəkmək və alkoqolizmin insanın əlil olmasına və ölümünə səbəb olması”, “Oturaq həyat tərzi və onun insan sağlamlığına zərərləri, düzgün qidalanmanın əhəmiyyəti, Müasir texnologiyanın insan həyatına zərərli təsirləri, Sağlamlığın qorumasında fiziki aktivliyin rolu” mövzularında məqalələr hazırlanmış və bu məqalələr, həmçinin DİN mətbuat xidmətinin Şəki regional qrupunun əməkdaşının təqdim etdiyi məqalə işçi qrupun müzakirəsinə çıxarılmış və bəzi tibbi mövzulardakı məqalələrə əlavə və dəyişikliklər edilərək əvvəlki ayda hazırlanmış məqalələrlə birlikdə PDF halına salınaraq TN-nə göndərilmişdir.

TN əməkdaşlarının kitab haqqında yazdıqları rəy və təkliflər nəzərə alınaraq kitab yenidən işçi qrupla müzakirə edilmiş və çap olunmaq üçün Bakı şəhərində yerləşən “Xan” nəşriyyatına təqdim olunmuşdur. Dünyada baş verən pandemiya səbəbindən məktəblərin bağlandığı üçün layihədə şagirdlərlə birlikdə həyata keçirilməsi nəzərdə tutulan bəzi işlər təxirə salınmış, TN ilə yenidən müqavilənin vaxtının uzadılması barədə razılıq əldə olunmuşdur.