Sağsağanın siqaret aludəçiliyi

87 Baxış

mushfiqxanMüşfiq XAN Senet.az-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Zaman elə şütüyüb keçir ki, ömrümüzdən cınqırımızı da çıxara bilmirik. Və elə bir vədə yetişir ki, yaşa dolduğunu, daha dəqiqi, özünü təsəlli etməyə çalışmasan, yaşlandığını, illərin özü ilə həyatına sürüyüb gətirdiyi ağırlığı gözlərində hiss edirsən. Dəfələrlə gördüyün irili-xırdalı olaylar haqqında tamam ayrı cür düşünməyə başlayırsan…

Yaşca səndən xeyli kiçik yeniyetmənin, gəncin yanında, ya da yaxınlığında çəkinmədən siqaret tüstülətməsini həzm edə bilmirsən. Daha doğrusu bu sənin xətrinə elə pis dəyir ki! On illər boyu valideynlərin, müəllimlərin, böyüklərin zərərli vərdişdi, – deyib uzaq tutmağa çalışdığı bu işi ağlıkəsən oğlan uşaqlarının əksəriyyəti ilk fürsətdə dənəməyə çalışır. İzahedilməz həvəsdi – bir gənc siqaret çəkməyi ilə nə üçün öyünməlidir ki?! Primitiv müqayisə olsa belə, bunu zooparkdakı meymunlar da, babamgilin kəndindəki sağsağanlar da bacarır. Necə olur ki, biz fərd olaraq təsir dairəmizdə olan, sözümüzü dinləyən yeniyetmələrə, gənclərə siqaret çəkmələri ilə deyil, oxuduqlarıyla, bacarıqları ilə öyünmələrinin əsl şücaət olduğunu aşılaya bilmirik?

 

Feysbuk sosial şəbəkəsində haştaqımız #siqareteyox!

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10