Şah İsmayil Komissiyası yeni konfransa hazırlaşır

10 Baxış

21769320_10211298685675285_1498193183_o

15 sentyabr 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyi Şah İsmayıl Komissiyasının sədri, fil.ü.f.d. dos. Şəmil Sadiq və görkəmli türkiyəli tarixçi alim, professor Tufan Gündüz arasında görüş keçirilmişdir. Görüşdən məmnunluğunu bildirən türkiyəli alim, AYB Şah İsmayıl Komissiyasının fəaliyyətini yaxından izlədiyini qeyd etmişdir. Həmçinin Şəmil Sadiq türkiyəli tarixçi alimin Şah İsmayılla bağlı araşdırmalarını izlədiyini və Komissiya sədri olaraq bundan məmnun olduğunu ifadə etmişdir.

Bundan başqa, görüşdə T.Gündüzün Şah İsmayılla bağlı araşdırma kitablarının Azərbaycan dilinə tərcümə edilməsi, “Səfəvi və osmanlı saraylarında ortaq mədəni dəyərlər” adlı simpoziumların keçirilməsi və s. kimi bir çox ciddi məsələlərlə bağlı müzakirələr aparılmışdır.

Həmçinin, görüşdə Şah İsmayıl Komissiyasının elan etdiyi “Qızılbaş hekayə müsabiqəsi”nin münsiflər heyətinə dəvət alan professor T.Gündüz bundan sadəcə qürur duyacağını və Komissiyanın bütün işlərində yaxından iştirak edəcəyini qeyd etmişdi.

Görüşün sonunda türkiyəli qonağa “Hədəf” nəşrləri tərəfindən çap olunan kitablar hədiyyə edilmişdir.

KÖŞƏ YAZARLARI
TOP 10