“Şah İsmayıl türk tarixində çox parlaq yerdə durur” – Tufan Gündüz

19 Baxış

85662

Əsrlərdir Şah İsmayıl və Yavuz Sultan Səlim mövzusu insanlar tərəfindən daim müzakirə və mübahisə predimeti olub. Çaldıran döyüşündən 503 il keçməsinə baxmayaraq, hələ də bəzi elm adamları tərəfindən bu “müharibə” davam edir. Hələ də heç bir nəticəyə gəlinməyib.

İstər Azərbaycanda, istərsə də Türkiyədə bu mövzuya dönə-dönə müraciət olunur. TRT-nin “Gündəm ötəsi” verilişinin qonağı olan Hacettepe Universitetinin professoru, dr. Tufan Gündüz proqramın aparıcısı Pelin Çiftin suallarını cavablandırır. Mövzunun marağını nəzərə alaraq Senet.az həmin müsahibəni təqdim edir:

- Yavuz Sultan Səlim tərəfindən 40 min ələvi öldürüldümü? Yeri gəlmişkən, İdrisi Bitlisinin “Səlim şahnamə” adlı əsərində bu barədə məlumatlar var.

- Bunu İdrisi Bitlisi yazıb və ondan sonra gələn araşdırmaçılar da bu qaynağa istinad edirlər. Və beləliklə də bu məlumatlar təkrar-təkrar yazılır. Bir tarixçi olaraq, bizim vəzifəmiz bunun nə qədər doğru olub-olmadığını araşdırmaqdır. Burada diqqət ediləcək məqam rəqəmin 40 min olmasıdır. Bir şəhər işğal edilir və tarixçilər yazırlar ki, məsələn, 50 min, 100 min insan öldürüldü. O şəhərdə 100 min insanın olub-olmadığını kimsə soruşmur. Çünki bu bir müəllifin yazdıqlarıdır. Bu da ona görə yazılır ki, bu rəqəmlər bəzən oxucularda fikirləri yüksəltmək, yaxud qarşı tərəfi aşağılamaq üçündür. Yəni, bu rəqəmləri yazarkən bir hədəflərinin olduğu bəllidir… Məsələn, Kayserinin 7 min, Sivasın7-8 min əhalisi var. Baxın, 40 min rəqəmini deyiriksə, bu, bir neçə böyük şəhərin əhalisinin öldürülməsi deməkdir. Bunu etmək texniki baxımdan mümükün deyil. Sonra da bu qədər insanın öldürülməsi zamanı onlardan bir qisminin qaça bilməməsi və İran tərəfindən olayın heç hiss olunmaması işin qəribə tərəflərindəndir.

- Səfəvi qaynaqlarında bu qətliamdan bəhs olunmurmu?

- Heç bir şəkildə bəhs edilmir və belə məlumat da yoxdur. Bayaq adını çəkdiyiniz İdrisi Bitlisinin əsəri farscadır. Hər bir iranlı bu qaynağı rahatlıqla oxuya bilir. Ancaq ciddiyə almayıblar, daha doğrusu çağdaş qaynaqlarda bu məsələdən söz açılmır… 40 mindən ibarət olan insanlardan qadın, uşaq və qocaları çıxdıqda təxminən 7-8 min döyüşən güc ortaya çıxır. Bu qədər qüvvətli bir gücün Osmanlıların insafına buraxılaraq, qətl edilməsinə qətiyyən imkan verməzdilər. Osmanlının buna gücü yetməz, mümkün də deyil. Adi bir misal deyim, o zaman hansısa bölgənin vergisini yazmağa gəldiklərində bəzi kəndlər adları siyahıya düşüb vergi verməsinlər deyə, dağların arxasına, yaxud başqa yerlərə qaçırlarmış. Bu kimi faktlar Osmanlıda çoxdur. Bir kəndi mühsirəyə alıb, insanlarını tutub öldürəcəksiniz? O zaman belə bir sual yaranır: vergi ala bilmədiyiniz kəndi necə məhv etmək olar?

- Bəzi yazarlar ələvilərin köçəri olduqlarını və o üzdən də onların qeydiyyata alınmadıqlarını yazırlar. 

- Bu bilgi çox yanlışdır. Köçərilərin hamısı daha ciddi şəkildə qeydiyyata alınırdılar və onların vergiləri də nəğd şəklində olan vergilər idi…

- Baş verən qırğınlar dövləti bir arada tutmasına görə Sultan Səlimin həmləsi ola bilərmi?

- Osmanlı öz təəbəsini niyə öldürsün ki? Vergisini alır, əsgərliyə çağırır… Çaldıran döyüşündə Osmanlı ordusunda Qızılbaşlar vardı. Sultan Səlimi təhrik edirlər ki, döyüşü tez başlayaq, birdən Qızılbaşlar qarşı tərəfə keçər.

- Şah İsmayıl nə qədər sünnü öldürüb, bunun sayı varmı? 

- Şah İsmayıl taxta oturduqdan sonra ilk cümə xütbəsində şiəliyi İranda rəsmi məzhəb olaraq elan etmişdi. Onun özü də Qızılbaşlıqla şiəlik arasında bir yerdə durur. O zaman İranın təxminən 60-65 faizi sünnü idi. Şiəlik rəsmi məzhəb olduqdan sonra Şah İsmayıla deyirlər ki, Təbrizdə 300 minə yaxın insan yaşayır və onlar da sünnüdür. Bu qərar başımıza bəla aça bilər. Şah İsmayıl da deyir ki, mən bu yola baş qoydum, ya qılıncımın dadını alarlar, ya da mən deyənə gələrlər. Bununla da Təbrizdə şiələşdirmə siyasəti aparılır. Namaz vaxtında, yaxud qurplar halında insanları meydanlarda yığaraq şiəliyin əsaslarını başa salırdılar. Tək Təbrizdə yox, digər şəhərlərdə də belə edirdilər. Qaynaqlarda dirənənlərə qarşı qətliamların törədildiyi qeyd edilir. Sünnülərin bəzi mənbələri də qətliam törədildiyini yazırlar. Fəqət, az öncə dediyim ki, mənbələrə münasibət mənim üçün eynidir. Görəsən bu cür qətliamlar qorxutmaq üçünmü yazılıb, yoxsa, gerçəkdən olubdur? Bunun dərinliyinə enib, baxmaq lazımdır.

- Ərdəbil sofuları Anadoluyu qan gölünə çevirdi. Məsələn, Ərzincan, Ərzrum bu hadisədən sonra 20 il xaraba qaldı.  Anadolu qan və atəşdə çalxalanılırkən, Şah Təbrizdə minlərlə sünnü alimi də qılıncdan keçirdi.

- Vallah, bunu kim yazıbsa, bilmirəm. Amma orada yazılan kimi deyil. Osmanlıda şahzadələrin taxt uğrunda çəkişmələri olan zaman yerlərdə üsyanlar baş verdi. Üsyançıların məqsədi dövləti yıxıb, İstanbulu ələ keçirmək deyildi. Gəldiyim qənaət budur ki, bunlar Şah İsmayılın xidmətinə girmək üçün İrana getmək istəyirdilər. Üsyanın qaydası da budur ki, harada boşluq gördülərsə, oranı tuturlar. Osmanlı ordusu bunların üstünə gəlidiyində Karaman yaxınlığında Osmanlı ordusunu yenirlər. Düşünməyin ki, Osmanlı 50-100 minlik ordu ilə gəlmişdi, cəmi 5-10 minlik ordu idi. Sonra Ankara ilə Sivas arasında bir yerdə onlar Osmanlı ordusu tərəfindən məğlub edilir və Şahqulu orada öldürülür. Ondan sonra özlərinə yeni bir lider seçərək yollarına davam edirlər. Yəni artıq qaçmaq vaxtı idi. Onsuz da Sivası keçən kimi İran torpaqlarına girirdilər. Yoxsa, “aləmi dağıdıb getdilər” kimi ifadələrə gərək yoxdur. Belə bir şey olmayıb da. Baxın, danışdığımız tarix öz tariximizdi. Öz tariximizi doğru danışmalıyıq. Axı, biz başqasının tarixini müzakirə etmirik. Şah İsmayıl türkdür, Şahqulu da türkdür. Üsyana qalxanlar da, bu üsyanı yatıranlar da türkdür. Təbrizdə qılıncdan keçirildi deyə iddia edilənlər də, qılıncdan keçirənlər də türkdür.

- Bəli, Şah İsmayıl türkdür. Türk tarxini anlatdığımız zaman bu da bizim böyüyümüzdür deməliyikmi?

- Altını cızaraq deyirəm ki, bəli, Şah İsmayıl bizim böyüyümüzdür.

- Yəni, Şah İsmayıl türkdür və türk tarixində də yeri var deyirsiniz?

- Bəli, vardır. Şah İsmayıl sağlam bir türkdür və Türk tarixində də çox parlaq bir yerdə durur. Şah İsmayıl sıradan bir adam deyil. 13 yaşında dövlət qurur…

- Şəxs olaraq, bir çox özəlliklərə sahib ola bilər. Ancaq Osmanlıyı qarışdıran bir insandan bəhs edirik. Osmanlıda taxt uğrunda mübarizə getdiyi bir vaxtda “mənim ən çox rəğbət bəslədiyim bu adamdır”, ona hər cür maaddi-mənəvi dəstəyi verirəm deməyibmi?

- Deməyib və Osmanlıyı da qarışdırmayıb…

- Şahzadə Əhmədin oğlu Murad Çələbi həm atasının intiqamını almaq, həm də atasının haqqı olduğuna inandığı Osmanlı taxtını ələ keçirmək üçün Şah İsmayılla ittifaq halındaydı. Şah, Murad Çələbiyi Osmanlı taxtının tək varisi görürdü…

- O məlumat da doğru deyil…

news-detail

- Bunları deyən və yazanlar tarix sahəsində çalışan elm adamlarıdır. Bu qədər fərqli bilgilərə sahib olmağın özü çox maraqlıdır. 

- Şahzadə Əhməd məğlub olandan sonra oğlu Murad İrana sığınmışdı. İsfahana gedəndə də atdan yıxılaraq ölür. Muradın bütün hekayəsi bu qədərdi. Bir şeyə xüsusi diqqət edək. Danışdığımız dövr XVI əsrdir. Bu əsrdə də milliyətçilik yoxdur. Türk dövlətlərində “siz də bizim qardaşımızsınız” kimi anlayış da yox idi. Hər kəs bölgəsinin hakimi idi. Bütün hekayə bundan ibarətdir. İstər Azərbaycanda qurulan bir türk dövləti, istərsə də Anadoluda qurulan türk dövləti olsun. Bunun da adına istər Karamanoğlu, istərsə də Osmanoğlu deyin…

- O zaman məsələ türklük, İslam, məzhəb məsələsi yox, torpaq məsələsidir?

- Torpaq bunun bir hissəsidir…

- Şah İsmayıl zamanında özünü necə tanıdırdı? Məsələn, mən kiməm?..

- Şah İsmayıl özünü Qızılbaşların şahı və İran mülkünün sultanı olaraq tanıdırdı. İran mülkünün sultanı olmaq nə deməkdir, bilirsinizmi? Firdovsinin “Şahnamə”sində məğlub edilən Əfrasiyabın nəvəsi olmaq deməkdir. Əfrasiyab da İranı ələ keçirməyə çalışan türk hökmdarıdır və döyüşlərin sonunda da məğlub edilir. Amma Əfrasiyabın nəvələri İran mülkünə hakim olublar. Bunlar Toğrul bəy, Alparslan, Məlikşahdır, son həlqə də Şah İsmayıldır. Şah İsmayıl İran mülkünə hakim kimi ruhunda olan Qızılbaşlıqdan şiəliyə keçən duyğunu İrana yaymışdır.

Anadoluda da Qutalmışın övladları, Süleyman Şah, Qlıcarslanlar çıxmışdır. Daha sonra Osman Qazi gəldi. Qaramanoğlu Məhəmmədin də, Məmnücək bəyin də, Saltuk bəyin də, Artuk bəyin də, Çobanoğullarının da, Çaka bəyin də  bu xəmirdə payı var. Amma tarix Osmanlıların üzünə güldü və Osmanlı xanədanı yüksəldi. Biz tarixə bu yöndən baxmaq məcburiyyətindəyik. Baxın, burada da Karamanoğulları ilə Osmanoğulları mübarizə aparırlar. Arşip Paşaoğlu deyir ki, bunların Bəybazarına etdiyini kafir belə etməzdi. Osmanlılar da Karamanoğullarına qarşı fətva verirlər: “Mən qəza ilə məşğulam, bu da mənə mane olur. O zaman bunula qəza etmək ən böyük qəzadır”.

news-detail

Təkrar edirəm, o dövrdə “qardaş, ikimiz də türkük” kimi anlayışlar yox idi. Tarixdə Karamanoğullarının şansı gətirsəydi, biz bu gün onları danışacaqdıq. Yəni, tarixə olduğu kimi baxmalıyıq. Şah İsmayılın Türk tarixində yerinə gəlincə; Şah İsmayıl Türk tarixində həm istedadlı şair, həm də qüvvətli Azərbaycan hökmdarı olaraq çox parlaq bir yerdə durur. O Azərbaycan ki, bütün İran mülkünə hakim olan bir sultan yetişdirdi. Buna Türk tarixində yeri yoxdur, deyə bilmərik. Türk tarixində şəxsiyyətlərə yer verib, verməmək nə mənim həddimdir, nə də bir başqasının. Onlar tarixdə yerlərini alıb və hər kəsin də bu məsələlərdə həddini bilərək, tarixi oxmasında fayda var.

- 16 Türk dövlətlərinin içərisində Səfəviləri sayırıqmı?

- Zatən onlar uydurmadır, elə bir şey yoxdur. 16 guşəli ulduz işləyiblər. 1960-cı illərdə biri buna anlam verib, ortaya çıxarıbdır.

- O anlam da qəlblərdəki yerlərin simvoludur hər halda?

- O elə baxıb. Şəxşən mənə yaz desəydilər, Səfəvini başa yazardım.

- Yazardınız?

- Yüz faiz yazardım.

- Bildiyimiz kimi, biz sünnü məzhəbindən olan bir ölkədə yaşayırıq. Əgər Çaldıran döyüşündə Şah İsmayıl qalib gəlsəyidi, bu gün fərqli bir mənzərə olardımı?

- Olmazdı.

- Şiələşmə olmazdı deyirsiniz?

- Bəlkə də çox az.

- Doğrudan da belə düşünürsünüz?

- Bəli, elə düşünürəm.

- Bir də, Şah İsmayıl anasını sünnü olduğuna görə öldürtdüyü iddiaları da var. Belə bir hadisə olubmu?

- Şah İsmayılın anası Uzun Həsənin qızıdır – Aləmşahbəyim. Bəli, məzhəbcə sünnüdür. Şah İsmayılın “Mənim anam sünnüdür” deyə onu öldürməsi tamamən uydurmadır. Bu sadəcə venesiyalı bir səyyah tərəfindən ortaya atılıb. Yeri gəlmişkən, bu səyyahların dediklərinə inanmamaq lazımdır. Onların çoxu uydurmadır. Şah İsmayılın anası hər zaman oğlunun yanında idi.

- Sultan Səlimlə Şah İsmayılın şahmat oynadıqları da deyilir…

news-detail

- Tamamilə yalandır. Nə Şah İsmayılın, nə də Yavuz Sultan Səlimin buna vaxtları olub. Həm tarixi, həm də coğrafi baxımdan bu mümkün deyildi.

- Çaldıran döyüşündə Şah İsmayılın xanımı Taclıbəyimin Yavuz Sultan Səlimə əsir düşməsi hadisəsi yaşanıbmı?

- Şah İsmayılın döyüşü uduzduğunu görən bəyləri onu əhatələyərək döyüş meydanından çıxarırlar…

- Qadının döyüş meydanında olması da qəribədir…

- Burada qəribə heç nə yoxdur. Türk qadınları döyüşlərdə iştirak ediblər. Azərbaycanda da belə olub. Qadın, uşaq hamısı birlikdə hərəkət edirlər.

Şah İsmayıl döyüş meydanından çıxarıldığında Taclıbəyim savaş meydanında qalır. Tacləbəyimin əsir düşüb, düşməməsi faktı şübhəli məsələdir. Təxminimə görə o, yarım günlük əsirlikdə qalır. Ehtimala görə, üstündə olan daş-qaşlarını verərək əsirlikdən qaçır. Çünki ertəsi gün Xoy yaxınlığında ətrafında da bir neçə atlı ilə tapılaraq, Şah İsmayılın yanına aparılır. Və yenə Şah İsmayılın yanında yaşayır və Şah İsmayılın vəfatından sonra oğulluğu Təhmasibin yanında qalır. Yaşlanana qədər Təbrizdə olur. Və sonralar  yaşlı ikən Şiraza göndərildiyi vaxt yolda ölür. Bu məsələni də Osmanlı tarixçiləri cinsəllik üzərindən İrana qarşı bir üstünlük olaraq qeyd ediblər. Baxın, əgər Taclıbəyimin hekayəsi Anadoluda davam etmiş olsaydı, onun İranda hekayəsi olmayacaqdı. Axı, onun İranda olan həyatını günbəgün bilirik. Harda, necə yaşadı, hansı fəaliyyətləri oldu və hansı şəraitdə vəfat etdi. Hamısını bilirik. Yəni, bütün hekayə bu qədərdir.

…Demək istəyirəm ki, tarix intiqam almaq yox, cəsarət almaq sahəsidir. Məsələn, siz Şah İsmayılın Türk tarixində yeri yoxdur deyirsiniz. Bu yandan da “İki dövlət, bir millət” deyirik. Belə şey olarmı? Şah İsmayıl Azərbaycan hökmdarı deyilmi? Baxın, qarşınızda bir Azərbaycan türkü oturduğunda ona Çaldıran savaşında “biz siz yendik” dəyəcəksiniz? Yaxud da bir özbək gəldiyində ona da “siz bizi Ankara döyüşlərində məğlub etdiniz” söyləyəcəksiniz? Tarix bu deyildir. Bunlar ötüb-keçmiş hadisələrdir. Tarix intiqam sahəsi olmadığından “biz”, “siz” deyə yox, ona bütöv bir Türk tarixi olaraq, baxmaq lazımdır.

Hazırladı: Rəşad Sahil

Mənbə:http://enter.news/az

KÖŞƏ YAZARLARI
TOP 10