XAN nəşriyyatı tərəfindən çap olunan “Şah Xətai: Şiə, Səfəvi yoxsa Qızılbaş?!” kitabının təqdimatı və imza mərasimi keçiriləcəkdir.
Senet.az-ın məlumatına görə, təqdimat mərasimi 13 iyul 2017-ci ildə saat 18:30-da Kitabevim.az mağazalar şəbəkəsində olacaqdır.
Qeyd edək ki, “Şah Xətai: Şiə, Səfəvi yoxsa Qızılbaş?!” kitabı Azərbaycan Yazıçılar Birliyi Şah ismayıl Xətai komissiyasının dəstəyi ilə yayımlanıb.