Şahbaz Xuduoğlu: “Qan Turalı emosiyaya qapılıb, belə bir yazı yazıb”

249 Baxış

2222

Yazıçı Qan Turalı “Əli və Nino” Kitab Mağazalar Şəbəkəsinin “Doqquz hekayə” adlı kitabını satmaqdan imtina etdiyini bildirib. O, Kulis.az saytında məsələ ilə bağlı yazı ilə çıxış edib.  Müəllif yazıda mağazanın bu addımını inhisar yaratmaq cəhdi kimi qiymətləndirib:“Məqsəd? Çox sadədir! İnhisar yaratmaq, yazıçıları istismar etmək, onların bir qəpik belə qazanmadığı kitablar üzərindən varidat toplamaq. Təsəvvür edin ki, məlum nəşriyyat bir manat da qonarar vermir, kitab satşından olan gəlir isə mağaza və nəşriyyat arasında bölüşdürülür. Bu istismar çarxından xilas olmaq istəyən yazıçıların kitablarını satış üçün qəbul etməməklə onlar oyundan çıxarılır”.

Məsələ ilə bağlı “Əli və Nino” Kitab Mağazalar Şəbəkəsinin rəhbəri Nigar Köçərli ilə əlaqə saxladıq. O, baş verənlərdən xəbərsiz olduğunu, daha geniş məlumat əldə etmək üçün kitab satış mərkəzinə müraciət etməyimizi bildirdi. Mağazanın satış mərkəzi ilə bir neçə dəfə əlaqə yaratmağa çalışsaq da, bu cəhdlərimiz uğursuz oldu.

Qan Turalının fikirlərinə münasibət bildirən “Qanun” Nəşriyaytının direktoru Şahbaz Xuduoğlu mağazanı günahlandırmağın doğru olmadığını deyib:

“Ola bilsin ki, Qan Turalı emosiyaya qapılıb belə bir yazı yazıb. Bir müddətdən sonra hər şey öz qaydasına düşəcək. Kitab mağazaları balacadır, kitabların hamısını yerləşdirmək olmur. Kitablardan ancaq bir neçə tiraj götürə bilirlər. Nəzərə alaq ki, yaxın zamanlarda neçə kitab dükanı kirayə pulunu verə bilmədiyinə görə bağlanıb. Həm də bizim yazıçılarımızın kitabları bir o qədər satılmır deyə, mağazalar bunda maraqlı deyillər.

Bu faktorları nəzərə alsınlar. Mən bir nəşriyyat rəhbəri olaraq əlimdən gələni edirəm. Mənim gücüm xaricində olan şeyləri məndən tələb etmək doğru deyil”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10