“Şahmatı öyrənirəm” kitabı təqdim edildi – FOTOLAR

53 Baxış

10421264_829098427125747_7317177567921902195_n14 fevral tarixində Kitabevim.az kitab marketində   şahmat məhsullarının hazırlanması və satışı üzrə “Covekta LTD” şirkətinin rəhbəri Veronika Kasatkina ilə şirkətin Türkiyə təmsilçisi   Dimes Hak Alerli tərəfindən hazırlanmış  “Şahmatı öyrənirəm” kitabının təqdimatı və imza mərasimi keçirilib.

Təqdimatda 4-7 yaş arası uşaqlar, onların valideyləri, gənc yazıçılar və KİV nümayəndələri iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan Hədəf Nəşrlərinin təsisçisi Şəmil Sadiq kitabın önəmindən danışıb, kitabın Azərbaycanda şahmatı tədris edən ilk vəsait olduğunu vurğulayıb.

Dimes Hak Alerli bildirib ki, “Şahmatı öyrənirəm” adlı kitab və  CD 4-7 yaş arasında olan uşaqlar üzün nəzərdə tutulub. Rusiyanın “Covetka LTD” şirkəti artıq uzun illərdir ki, şahmat məhsullarının istehsalı və satışı ilə məşğul olur. 2013-cü ildən mən bu şirkətin təmsilçisiyəm. Kitabın CD variantında hər biri 15-20 dəqiqəlik olmaqla 36 dərs proqramı var. Bu kitabın özəlliyi  şahmatın təməl bilgilərini əyləncəli şəkildə uşaqlara öyrətməsidir”.

Təqdimatın sonunda “Şahmatı öyrənirəm” kitabının imza mərasimi keçirilib.

 

Qeyd edək ki, “Şahmatı öyrənirəm” Hədəf Nəşrlərinin “İNCİ” uşaq ədəbiyyatı silsiləsinə daxildir.

 

Səma Fuadqızı

 

 

KÖŞƏ YAZARLARI
TOP 10