Şahmatı öyrənirəm – YENİ KİTAB

500 Baxış

ShahmatHədəf Nəşrlərinin “İNCİ” uşaq ədəbiyyatı silsiləsindən bağça və birinci sinif şagirdləri üçün “Şahmatı öyrənirəm” kitabı ilk dəfə CD ilə birlikdə işıq üzü görüb.

 

Əziz oxucular, valideynlər və şahmat müəllimləri!

Şahmat məhsullarının hazırlanması və satışı üzrə dünyaca məhşur “Convekta LTD” şirkətinin rəhbəri Veronika Kasatkina ilə şirkətin Türkiyə və Azərbaycan təmsilçisi Dimes Hak Alerli tərəfindən hazırlanmış bu kitab başlanğıc səviyyədən şahmatı öyrənmək istəyən uşaqlar üçün nəzərdə tutulub. Uşaqlara şahmatın təməl bilgilərini əyləncəli bir şəkildə öyrədən kitab onların bu gözəl oyunu daha çox sevməsinə və daha ciddi şahmat dərslərinə hazırlıqlı olmasına imkan yaradır.

Kitabla yanaşı sizlərə təqdim olunan CD-də 36 dərslik şahmat tədrisi üçün lazım olan bilgilər mövcuddur. Bunu hər bir valideyn evində övladına və hər bir müəllim dərsdə şagirdlərinə maraqla izah edə, uşaqlara şahmatı əyləncəli bir şəkildə sevdirərək öyrədə bilər.

 

Sizlərin ciddi marağına səbəb olacağına ümid etdiyimiz bu nəşrin davamı kimi yeni layihələrimiz də olacaq. Təbii ki siz dəyərli oxucu, valideyn və müəllimlərin fəal dəstəyi ilə.

 

Senet.az

 

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10