Şair Məmməd Aslan vəfat etdi

49 Baxış

memmedaslanŞair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Məmməd Aslan dünyasını dəyişib. bu barədə məlumatı Musavat.com-a tanınmış şairin yaxınları veriblər. Uzun müddətdir ki, ağciyər xəstəliklərindən əziyyət çəkən şair, səhər saatlarında vəfat edib. Mərhumla vida mərasimi saat 11-12 radələrində “Göy Məscidə” keçiriləcək.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb (1957-1962).

 

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışıb, “Yazıçı” nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin “Ekran-Efir” qəzetinin baş redaktoru idi.

Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib.

 

Allah Rəhmət Etsin!

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10