Şairin məzarına bir cüt ayaqqabı qoyuldu

6 Baxış

10690132_10205372819667570_6167583590957457968_nXalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində maraqlı hadisə yaşanıb.  Dünyasını dəyişən şairin oxucularından biri, gənc yazar Lamiyə Mərdan  V. Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub.

Ayaqqabının yanındakı kağızda isə əlyazma ilə Vaqif Səmədoğlunun bu misraları yazılıb:

“Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin…”

Lamiyə Mərdanın bu addımı vida mərasimində iştirak edənləri təsirləndirib, şairin həyat yoldaşı Nüşabə Vəkilova da bu jestdən mütəəssir olub.

Qeyd edək ki, Vaqif  Səmədoğlu yanvarın 28-də  səhər saatlarında dünyasını dəyişib.  Yanvarın 29-da isə şair I Fəxri Xiyabanda dəfn olunub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10