“Salam əziz Şuşa, biz qayıtmışıq” – Hüseyn Bağıroğlunun şeirləri…

57 Baxış
Hüseyn-Bağıroğlu
Senet.az oxucularına şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlunun şeirlərini təqdim edir.

 

Salam əziz Şuşa

Sənsən bizim ruhumuzun məskəni,

Yad əllərdə qoyardıqmı heç səni?
İti qovan kimi qovduq düşməni,
Salam əziz Şuşa, biz qayıtmışıq.

 

Sənə göz dikənin vurduq gözündən,
Hünəri var bir də çıxsın özündən.
Gör nə at çapırıq Cıdır düzündə,
Salam əziz Şuşa, biz qayıtmışıq.

 

Sən indi azadsan azad quş kimi,
Axır gözümüzdən sevinc yaş kimi,
Eşqin qəlbimizdə bir naxış kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.

 

Çox oddan alovdan keçib gəlmişik,
Dağ çəkənə dağlar çəkib gəlmişik,
Şəhadət şərbəti içib gəlmişik.
Salam əziz Şuşa, biz qayıtmışıq.

 

Bəxtin açılıbdır al səhər kimi,
Zəfər görünməyib bu zəfər kimi,
Biz sənin qoynuna gəldik ər kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.

 

Gördü qəlbindəki atəşi, közü,
Çıxdı kəlləsinə düşmənin gözü.
Ali baş komandan söylədi özü:
Salam əziz Şuşa, biz qayıtmışıq.
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10