“Salam, Qoca” fəlsəfi düşüncələr toplusu oxuculara təqdim olunub

5 Baxış

1492137899653343425_1000x669

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə-publisist Mətanət Ulu Şirvanlı oxuculara yeni nəşrini təqdim edib.

Senet.az xəbər verir ki, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin layihəsi çərçivəsində “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən “Salam, Qoca” fəlsəfi düşüncələr toplusuna filologiya elmləri doktoru, professor İsmayıl Kazımov “Ön söz” yazıb.

Nəşrdə M.U.Şirvanlının ədəbi-fəlsəfi düşüncələri əksini tapıb. Müəllifin düşüncələrinin mövzusu adı çəkilməyən qadındır. Sanki bu qadın şairənin özüdür. Həmin qadın muzeydə, qəbiristanlıqda, dəniz kənarında görünür, gördüyü yerlər haqqında fikir və düşüncələrini bölüşür. O qadın daxilən zülmətə bürünüb. Lakin fikirləri çox aydındır, Ulu Tanrısını düşünür.

Kitabdakı əsərlər oxuculara esse janrında təqdim olunur.

KÖŞƏ YAZARLARI
TOP 10