Hind əsilli Britaniyalı yazıçı Salman Rüşdinin 11-ci romanı sentyabr ayında işıq üzü görəcək. Rüşdinin yeddi ildən sonra çap olunacaq ilk kitabı “Two Years Eight Months and Twenty-Eight Nights” adlanır.
“Penguin Random House” nəşriyyatı artıq kitabın üz qabığını oxuculara təqdim edib. Salman Rüşdi üz qabığı barəsində bunları deyib: “Bu çox yaxşı bir rəsmdir. Romanın uzun adını sadə imiş kimi göstərə bilir”.