“Sarılar – Qarabağ atının izi ilə”

17 Baxış

sarılar- qarabağ atları15 aprel 2016-cı il tarixində, saat 18:00-da Nizami Kino Mərkəzində “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ilk nümayişi ilə əlaqədar mətbuat konfransı keçiriləcəkdir. Konfransdan sonra film ictimaiyyətə təqdim ediləcək.

Filmi Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkətinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “STUDIO TOR 1” kino şirkəti tərəfindən istehsal edilmişdir.

Beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film Azərbaycan milli-mənəvi irs və dəyərlərinin qorunmasına töhfə olmaqla yanaşı, həm də Qarabağ mövzusunun kinoda işlənməsi baxımından çox əhəmiyyətlidir. Filmin əsas süjet xəttini 1956-cı ildə Sovet rəhbəri Nikita Xruşşovun Böyük Britaniya Kraliçası II Yelizavetaya hədiyyə etdiyi Qarabağ atının qohumlarının axtarışı təşkil edir.

Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən atı öz vətəni Azərbaycanda tapmaqla nəticələnir.

Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Wagner, rejissoru Willi Neumann,  operatorları André Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.