Şatoviləndə Reza Deqatinin Qarabağ fotolarından ibarət növbəti sərgi

0 Baxış

hg

Fransanın müxtəlif şəhərlərində məşhur fotoqraf Reza Deqatinin silsilə sərgiləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Şatovilən şəhərində tanınmiş incəsənət komissarı Pyer Boncovaninin təşkilatçılığı ilə “Dünyanın mənşəyi” adlı sərgi çərçivəsində Reza Deqatinin Azərbaycandan çəkdiyi fotolar yer alıb. Sərginin ən böyük zalı Reza Deqatinin böyük formatda nümayiş olunan fotolarına həsr edilib.

Qobustan qayaüstü rəsmlərini əks etdirən fotosərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb və bu foto vasitəsilə və sərginin adına uyğun olaraq, ölkəmizin qədim yaşayış məskənlərindən olduğu diqqətə çatdırılıb.

“Sülh fotojurnalisti” kimi təqdim olunan Reza Deqatinin müxtəlif münaqişə olan ölkələrdən, xüsusilə də Qarabağ müharibəsindən, erməni silahlı qüvvələri tərəfindən viran qoyulmuş şəhərlərimizdən çəkdiyi fotolar diqqət və emiosiyalarla qarşılanıb. Füsunkar görünən bu fotolar arxa planda- çəkildiyi məqam, yer və onun əks etdirdiyi səhnənin, bəzən faciəvi bir hadisəni xatırladır. Fotoların arxasında gizli qalan faciəvi tarixçələr yazılı şəkildə hər bir fotonun aşağısında təqdim olunur. Nəfis dildə və seçilmiş xüsusi ifadələrlə yazılan mətn ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Sərginin komissarı Pyer Boncovani hər bir fotonu onun əks etdirdiyi sirli məqama əsasən seçib. Hər bir foto haqqında verilən yazılı mətnləri Raşel Deqati ilə birlikdə hazırlayıb. Bu mətnlərin hər bir fotonun gizli saxladığı sirri əks etdirməsi baxımından çox vacibdir. Bu mətnlər sayəsində ziyarətçilər hər fotonun arxasında gizlənən sirli aləmdən xəbər tuturlar.

Reza Deqatinin nümayiş olunan 100-ə qədər fotosunun hər biri qardaşlığa, sülhə, barışığa və mehriban birgə yaşayışa çağırışı ifadə edir. Reza fotoların dili ilə yaşadığı səhnələri ifadə edir, bu gün bəşəriyyət üçün zərurətləri insanlara çatdırır. Müharibələrin törətdiyi acıları fotolarındakı insanların üz ifadələri ilə göstərir. Yaxınlarını itirmiş insanların üzlərində əks olunan iztirablar bu fotolar vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırır.

Bölmə : İncəsənət