Savadlılığın nisbəti 99 faiz olan Yaponiya təhsil sistemi

24 Baxış

Təhsil sistemi çalışqanlıq, fərdin özünü sorğulaması və nizamlı iş vərdişlərinin əldə edilməsi üzərinə qurulmuşdur.

Şagirdlərin məktəb həyatının böyük bir hissəsi, doğrudan ya da dolayısı ilə mənəvi davranış və xarakter inkişafının öyrənilməsidir. Məktəbdəki dərsliklər Yapon cəmiyyətinin və mədəniyyətinin əsas dəyərlərini öyrətməyə həsr olunur. Eyni zamanda Yapon şagirdlərinin  akademik nailiyyətləri beynəlxalq standartlardan yüksəkdir.

1.Yaponiyada milli büdcənin 12% -i təlimə ayrılır, 7,7% isə hərbi xərclər üçün nəzərdə tutulub.

Yaponiyadakı savadlılıq nisbəti 99 faizdir. İbtidai məktəb səviyyəsində bir müəllimə təxminən 25 şagird, orta təhsildə 18 şagird, ali  təhsildə 11 şagird düşür.

2.Yaponiyada icbari təhsil 9 ildir.

İlk 6 il ibtidai məktəb, son 3 il isə orta məktəbdir. Məcburi təhsil 6-15 yaşlı uşaqları əhatə edir və dövlət məktəblərində pulsuzdur. Tələbə nisbəti məktəbdən əvvəl 65%, ibtidai məktəbdə 99.9%, orta məktəbdə 99%, ali təhsildə isə 39% təşkil edir.

3.Yaponiyada təhsil ili 1 aprel tarixində başlayır və 31 martda bitir.

Aprel-iyul ortası, Sentyabr – Dekabr sonu və Yanvar- Mart sonu olmaqla üç dövr halında dərs tədris edilir. Həftədə 5,5 gün (şənbə yarım gün) məktəbə gedirlər. Cəmi 240 iş günü var. Yapon məktəblərində qarışıq bir təhsil sistemi var.

4.Hər sinif bir müəllim tərəfindən idarə olunur və həmin sinif müəllimin məsuliyyəti altındadır.

Şagirdlər bütün dərsləri eyni sinifdə alır yalnız laboratoriya və praktik tətbiqlər üçün xüsusi siniflərə gedirlər. İbtidai məktəbdə tam gün təhsil var. Səhər saat 8:30-da başlanır və 15:50-də başa çatır. Dərslər 45 dəqiqədir. İbtidai məktəbdə sosial tədqiqatlar, riyaziyyat, elm, musiqi, şəkil və əl sənətləri, ev işləri (5 və 6-cı sinif), bədən tərbiyəsi, əxlaqi təhsil və xüsusi fəaliyyətlər tədris olunur.

5.Dövlət məktəblərinin çoxunda forma yoxdur, fərqlənmək üçün papaq və ya simvol daşımaqları lazımdır.

1969-cu ildən etibarən, bütün ibtidai və orta məktəblərə pulsuz kitablar paylanmışdır və ibtidai məktəblərin 98% -i dövlət tərəfindən maliyyələşdirilən nahar ilə təmin edilmişdir.

6.İlk 6 il xaricində ortalama dərs saatı həftə içi 6 saatdır ki bu dünyadakı ən uzun dərs saatı müddətidir.

Məktəbin bitməsiylə dərs bitməz şagirdləri boş buraxmamaq adına yüklü ev tapşırığı və layihə işləri verilir. Yapon məktəblərində yaz tətili müddəti 6 həftədir və 2 həftəlik qış və yaz semestr tətilləri vardır ki, bu tətilləri də ev tapşırığı və digər işləri edərək keçirirlər.

Məktəblərin 90% -da gimnastika salonu, 75%-da hovuz var. Bütün məktəblərdə Yapon Televiziya Korporasiyası (Nippon Hosa Kyokai) tərəfindən təhsil məqsədilə hazırlanmış radio və televiziya sistemi var.

Orta məktəbə gəlindiyində ümumi olaraq təhsildə analiz, araşdırma və kritik düşünmə yerinə əzbər və təkrara söykənən konkret məlumata əhəmiyyət verilir. Təhsilin mərkəzi müəllimdir. İbtidai məktəbdə olduğu kimi, şagirdlər öz qabiliyyətlərinə görə ayrılmırlar, bütün şagirdlərə eyni təhsil verilir. Şagirdlər hər üç dövr sonunda üç imtahana girirlər. Nəticələr müəllimin ümumi qiymətləndirilməsi və tələbənin gündəlik işi ilə birlikdə kart üzərində işlənərək valideynlərə bildirilir.

Hazırladı: Elnarə Bəylərova

KÖŞƏ YAZARLARI
TOP 10