Sayman Aruz Yaradıcılıq fakültəsindən imtina etdi

23 Baxış

SAAzərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Sayman Aruz uzun müddətdir dərs dediyi Bakı Slavayn Universitetinin Yaradıcılıq fakültəsindən ayrıldığını bildirib.

Senet.az-a açıqlamasında o, fakültədə nizam-intizam qaydaları tənzimlənməyənə qədər  orada dərs deməkdən imtina etdiyini bildirib: “Son zamanlar BSU-nin Yaradıcılıq fakültəsinin bəzi məsul şəxlərinin tərəfindən gördüyüm hörmətsizlik və nizamsızlığa əsasən orada dərs deməkdəm imtina edirəm! Tələbələrin istəyini nəzərə alaraq deyirəm ki, müəyyən qayda və qanunlar orada tənzimlənməyənə qədər oraya gəlməyəcəm! Tələbələrim və fakultəyə böyük hörmətim var. Müqəddəs dərs məkanını dedi-qodu və intriqa məkanına çevirənlər dərs alsınlar”.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10