Seçilmişlərə sayğıyla – Nərgis

19 Baxış

photo_272

Otağım çox hüzurludu. Doğrudur, 6 ay Ankarada yaşamaq məcburiyyətim var. Amma bu mənim üçün xoşdur. Təki sağalım. Mənim yaşadığım ağır günlər arxada qaldı. Ümid edirəm ki, bir də göy üzündə qara buludlar dolaşmayacaq. Aydınlanacaq ruhum əbədiyyət günəşi ilə. Mən inanıram ki,  daxilimdəki gözlənilən mən oyanacaq. Və aydın gələcək məni öz ağuşuna çəkəcək. Bunların hamısını, əldə etdiyim nailiyyətləri ailəmə və inanclarıma borcluyam. Mən ən ümidsiz anlarımda belə ümidlə dolu idi. İnamım var idi sabahlara. İndi də inanıram. Bu bir müharibə idi. Zəfərlər bizimlə olsun. Doğrudur, halsızlığım davam edir, risqləri də bilirəm. Dərk edirəm. Amma hər zaman  bir ümid vardır. Həmişə günəşli günlərə inam olmalıdır.

Məni nə gözləyir bunu bilmirəm. Təbii ki, sizi də nə gözləyir siz bilmirsiniz. Amma hər zaman öz seçimlərimə görə yaşadım həyatımı. İndidən sonra da bu belə olacaq. Mən mümkün qədər mənəvi duyğularda sentimental olmayacağam. Mənəviyyatı zədələyir çox vaxt aşırı romantika, aşırı sentimental düşüncələr. Bu səbəbdən təfəkkürümdəki yalnışlıqlarla mübarizə edəcəyəm. Mən içimdəki romantik, sentimental mənin retroskopik təhrif etmələrini saymazyana bir məntiqlə rədd edəcəyəm. İstəyirəm ki, məntiqlə mənəviyyat paralel inkişaf etsin. Bəzən bir kitab, bəzən bir film, bəzənsə adicə mahnı insanda ruhsal  burulğan yaradır. Və məntiqimizi bu burulğana atır aşırı romantika. Məntiqimiz hörümçək toruna düşmüş milçək kimi çabalayır. Ancaq nəticə çox vaxt milçəyin istəmədiyi kimi olur. Məncə, hamınız hörümçək torunda quruyan milçək cəsədləriylə qarşılaşmısınız. Həmçinin  ruhsal burulğanda quruyan məntiqlə də qarşılaşmışıq. Amma milçəyi gördüyümüz kimi asanlıqla görməmişik onları. Məntiqi görmək üçün məntiqi bilmək gərək. Məntiqini tapmaq üçün məntiqləri öyrənmək və özününkünü tanımaq gərəklidir. Ruhsallıq böyük anlayışdır. Ruhsal burulğan isə həmişə pis olmur. Tez pessimist olmayın. Əgər məntiqiniz və mənəviyyatınız paralel təkamül yolunu qət edibsə, o zaman siz o burulğandan sağ-salamat yaxa qurtaracaq və yeni bir ruh olaraq həyatınıa davam edə biləcəksiniz. Bunun üçün isə təməllə birlikdə, güclü mütaliə şərtdir. Mütaliə dedikdə  isə hansı qavramları nəzərdə tuturam yəqin ki, bu sizə qaranlıqdır. Fikrimcə, ruhsal zövq adlandıracağım bir zövq formalaşır hər insanda.

Məncə, elə zövqlər də bölünür öz arasında bir neçə yerə.

1. Ruhsal zövq

2. Real zövq

3. Sentimental zövq

4. Ailə və adət-ənənənin təsiri ilə yaranan zövq

5. Cəmiyyətin təsiri ilə formalaşan əslində olmadığın şəxsin eqosunu yemləyən zövq.

Bla, bla, bla… Beləliklə,  həyat bu qədər yorucudur. İnsan təkamül keçirdikcə altıncıdan başlayıb birinciyə doğru yol alır. Birinciyə çatdıqda isə həqiqət yaranır.

5. Cəmiyyətin təsiri ilə formalaşan əslində səni olmadığın qiyafəyə bürüyən ətrafın eqosunu yemləyən zövq

Bu necəmi olur? Danışım dinləyin. Tutaq ki, bu gün TV-də göstərilən seriallardan birini izləyirsən. Qoy adı da olsun “Kiralık aşk”. Gəlirsən universitetə ki, hamı ordakı əsas qızla oğlandan danışır. Gedib evə serialı dah başqa maraqla və diqqətlə izləyirsən. Cəmiyyət zövqünü sənə aşılayır. Sən özün də hiss etmədən dizini onlara xoş gəlmək, onlarla danışacaq söz tapmaq üçün edirsən.

Sonra eşidirsən ki, sevdiyin oğlan dostuna deyir:

-Bilirsən “Kiralık aşk” serialındakı əsas qızı çox bəyənirəmş

-Əşi Alik bizdə elə qız hardadeee?

-Həəə düzdü…

Yenə gedirsən evə bu dəfə serialın mahiyyəti və əsas qız xaricindəki obrazlar qalır ikinci planda. Özün də hiss etmədən başlayırsan əsas qızı əzbərləməyə. Səhər universitetin qapısından girən sən deyilsən. Əsas qızdır. Cəmiyyət səndəki dəyişimləri qiymətləndirir. Sən filan serialdakı filan əsas qıza oxşayırsan e yaman. Və bu səndəki eqonu və cəmiyyətin egosunu tətikləyir, yemləyir. Sən isə getdikcə olmadığı şəxsə çevrilirsən cəmiyyətin təsiri ilə.

Serial bitənədək populyar olan sən.Yeni populyar serialdan sonra olursan gözdən düşən. Ən pisi bilirsən nədi sən artıq heç bir obraz ola da bilmirsən. Ömür boyu o əsas qızı daşıyırsan çiynində.

Axirətədək…

4. Ailə və adət-ənənənin təsiri ilə yaranan zövq

Bəzi zövqlər isə birbaşa ailə təsiri ilə formalaşır. Necə mi? Bu haqda da danışım. Məsələn, tutaq ki,  atan deyir “sən hüquqşünas olacaqsan”. Özün rəssam olmaq istəyirsən. Ancaq klassik türk ailəsi modelinə uyğun özündə bilmədən klişeləri dəyişmədən hüquqşünas olursan. Yəni klassik ailədəki kimi azad olmayan, ona yemək, su, paltar alan evin lideri atanın istəyinə uyan rol-modelə çevrilirsən. Və sonrakı həyatına hüquqşünas olaraq davam edirsən. Həqiqi sən olan rəssam tərəfini isə sadəcə ailə üzvlərin yaxınların bilir. Və hüquqşünasın rəssamlığa meylini heç vaxt anlamadıqlarını anladan əcaib mimika, jest və hər nələri ömür boyu istifadə edərək həqiqi rəssam sənə ağız-burun əyirlər. Sonra sən özündə bir də görürsən ki, əsl özünə ağız-burun əyərkən tapırsan özünü… Axırımı? Axırı heç də xoşbəxt sonluqla bitmir…

3. Sentimental zövq

Sentimental zövq xülyavari bir şey olur. Özünü olmadığın biri kimi göstərməyə başlayırsan. Və bunu ətrafa görə yox, öz daxili hisslərinin əmri ilə edirsən.

Özünü bəyənirsən narsizmin zirvəsini fəth edirsən. Ya da özünü var olmayan bir qiyafəyə bürüyürsən. Bu qiyafə getdikcə ruhuna işləyir və sən sənlə sentimental səni ayıra bilmirsən. Hisslərinin köləsinə çevrilirsən.

Hisslərin məntiqinə elə bir eynək taxır ki, sən hər şeyi olmadığı kimi görməyə başlayırsan. Hər şeyi duyğu tərəzisində ölçüb, hiss cədvəli ilə dəyərləndirirsən.

Yəni əziz oxucum bir müddət sonra duyğu sömürülərin insanların canını boğazına yığır. Hər şeyin bir səviyyəsi var axı, səviyyəsizliyin belə. Hisslər önəmli amillərdir təbii ki, ancaq arada məntiq də yer almalıdır həyat səhnəsində. Yəni mən səni düşünərək deyirəm əziz oxucum hislər bir müddət sonra insanı hissizləşdirir. Hisslərinlə birinə yaxınlaşırsan. O sənə eşitmək istədiklərini deyir. Lənətə gəlsin!

Sonra isə səni öz dünyasının qaranlıq üzü ilə tanış edir. Çünkü bilir ki, sən hisslərinlə addım atırsan. Məntiqin kor, lal, kardır…

Necə ki, Anna özü də bilmədən Grayın köləsinə çevrildi … Və o limon qoxulu, ekzotik otağa ayağını basdı. Sonra isə Anna nə etdi? Bunu məncə, sən məndən də gözəl bilirsən əziz oxucum.

2. Real zövq

Bəli oxucum düşüncəli-düşüncəli  gülümsədiyini görər kimi oldum.  Bəli, Annanın yerində sən də olsan, bu qədər mərhələlərdən sonra için yansa da, məcburən real səni taparsan. Real zövq insanın dünyəvi istəklərinə istiqamətlənmiş istəklərə əməl etməsidir. Real zövqlə insanlar çox əyləncəli vaxt keçirirlər. Fiziki bədənlə, məntiq paralel hərəkət edir. Bəzən aralarına duyöuları da daxil edirlər. Amma duyğular bu derbidə sadəcə top daşıyan vəzifəsinə layiq görülür. Bəli, əziz oxucum, belə-belə işlər. Biz hamımız real zövqümüzə xidmət etdik. Hətta çoxumuz bu dünyanı elə sevdik ki,  ruhsal zövq deyilən bir şeyin varlığını heç vaxt hiss etmədik, tamını dadmadıq.

Və beləcə çox zəngin, çox ağıllı, çox baxımlı, çox gözəl, çox işgüzar və başqa çoxlar olaraq öldük getdik…

1.Ruhsal zövq

Rusal zövq nəfsin kölə, məntiqin, ağlın, dyğuların və ruhun birgə qurduğu hakimiyyətin məhsulu olaraq ortaya çıxar. Bunun üçün təməllə birlikdə güclü mütaliə,  qeyri-adi müşahidə və baxışbucağı gərəklidir. Belələri seçilmişlər olurlar əziz oxucum… Seçilmişlərə sayğıyla…

KÖŞƏ YAZARLARI
TOP 10