“Sehirli alma” baletinin premyerası keçiriləcək

9 Baxış

Azərbaycan_Dövlət_Opera_və_Balet_Teatrı

Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, görkəmli bəstəkar Oqtay Zülfüqarovun “Sehrli alma” baletinin premyerası keçiriləcək.

Azərbaycan xalq nağılı “Məlikməmməd”in motivləri əsasında tamaşaya qoyulan “Sehrli alma” baleti uşaqlar üçün nəzərdə tutulub. Tamaşanın premyerası 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Qeyd edək ki, mayın 31-i həm də bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür.

Yeni tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış edəcəklər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10