Şekspirin hesab olunan pyesin əsl müəllifini tapılıb

7 Baxış

f5fd72b6e15468ed459851dba2d0dcac

Alimlər Şekspirin hesab olunan pyesin əsl müəllifini tapıblar.

Senet.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, alimlər Uilyam Şespirin “III Eduard” pyesini yazmadığı qənaətinə gəliblər.

Avstraliya Milli Universitetinin, Çarlz Stert Universitetinin, Xüsusi Elmlər və Texnika Təşkilatının əməkdaşları aydınlaşdırıb ki, pyesdəki 19 səhnədən 14-ü dramaturq Tomas Kid tərəfindən yazılıb.

Avstraliya alimləri RPAS texnikasından istifadə edərək Şekspirin və Kidin digər əsərlərini müqayisə edə biliblər. RPAS dörd neyrolinqvistik indikatora malikdir: lüət ehtiyatı, işçi sözlərdən və şəxs əvəziklərindən istifadə, hiss və duyğuların verbal təsviri.

Sözügedən neyrolinqvistik yanaşma yazı üslubundan müəllifin şəxsiyyətini müəyyən etməyə imkan verir.

Araşdırmalar göstərib ki, “III Eduard”ın müəllifi Tomas Kiddir: 12 səhnəni o yazıb. 5 səhnəni isə Şekspi özü yazıb. Daha iki səhnə isə birgə yazılıb. Bununla da “III Eduard”ın müəllifi daha çox Kiddir.

Bundan əvvəl sözügedən pyesin başqa bir dramaturqla birgə yazıldığı haqda fərziyələr var idi. Həmçinin dram əsərinin  Kristofer Marloya aid olduğu haqda hipotez də var.

KÖŞƏ YAZARLARI
TOP 10