Sekulyarlıqmı? İslammı?

68 Baxış

IMG_3648 (1)

Elbrus Orucov:

Bəzi anlayışların yan-yana gəlməsi bəzən anlamsız olur.Bu yazının başlığı da elə belədir…

Sekulyarlıq ən bəsit halıyla dindən uzaqlaşma və ya daha dəqiq bir şərhlə dindarlığın şəxsiləşməsi olaraq təyin oluna bilər. Bu isə bir tərəfdən camaatın fərd lehinə zəifləməsini, digər tərəfdən də dini həssaslığın dünyaviləşməsinə eyham edər. Halbuki İslamçılıq, dünyəvi sahənin hamısının İslami bir çərçivə içinə salınıb tətbiq edilməsini istəyir. Bu səbəbdən sekulyarlıqla islamçılığın bir-birinə zidd ‘ideoloji’ dinamiklər olduğunu söyləyə bilərik.

Nə var ki bunlar arasında tam bir simmetriyanın olması mümkün deyil. İslamçılıq bir ideologiyadır amma sekulyarlıq deyil … İslamçılıq həyatın necə yaşanması, ictimai və inzibati quruluşun necə olmasının lazım olduğunu ‘bilir’ və bunu reallaşdırmağa çalışır.”İslamçılıq, İslamın ana istinad qaynaqlarından hərəkətlə ‘yeni’ bir insan, cəmiyyət, siyasət / dövlət və dünya təsəvvürünü, buna bağlı yeni bir ictimai təşkilatlanma modelini və universal mənada İslam Birliyini hədəfləyən intellektual, əxlaqi, ictimai, iqtisadi, siyasi və dövlətlər arası hərəkatdir. ” Bu tərif, islamçılığın tarixi və siyasi olduğunun altını çəkmiş olur. Ortada təsdiq edilməyən bir müsəlman, səhv olan bir ictimai təşkilatlanma və qəbul edilmək istənməyən dövlət strukturları var. İslamçılıq, bunun aşağıdan yuxarıya və yuxarıdan aşağıya topdan dəyişməsini nəzərdə tutur və bunun İslamın ana istinad qaynaqlarından hərəkətlə ediləcəyini ifadə edir. Buradakı maraqlı anlayış ‘hərəkətlə’ sözüdür …

İslamçılıq  İslamın ana istinad qaynaqlarından ‘hərəkətlə’ davranacaq amma söz mövzusu qaynaqlardan yola çıxanda qarşısında yalnız tək bir yol tapıldığının zəmanəti təəssüf ki, yoxdur. Digər bir deyişlə İslamçılıq öz içində fərqli İslamçı  düşüncələri saxlayan bir düşüncədir və bu fərqli düşüncələr arasında qarşıdurma yaşanmasına imkan verməmək mümkünsüzdür. Qısacası ideal tanımladığında və ortaq düşmənə işarə etdiyində tək olan islamçılığın, həyatın gerçəkləri qarşısında çoğullaşması və dünyaviləşməsi qaçınılmazdır…

Öz içində çuğullaşmak islamçılığı bir ideologiya olmaqdan çıxarmaz. Ancaq doğruları ‘bilmə’ düşüncəsi  özünə şamil qayğısı, eynilə sosialist hərəkata bənzər bir şəkildə, tətbiqsizləşmə yaradır. Halbuki İslamçılıq tamamilə ilkin zehniyyət içində qala bilsəydi, bütün ayırma meyllərini tək bir iyerarxik quruluş içində tutmaq mümkün ola bilərdi.Islamçılığın içinə yerləşmiş olan avtoritar zehniyyətin liderlik və güc axtarışları, hər kəsin özünə xas bir hökumət təməli axtarışına səbəb verir  və bu da İslamın ana istinad qaynaqlarının deyil, onların ‘şərhlərinin’ siyasiləşməsi ilə nəticələnər.

Bu səbəblə İslamçılıq baxımından dünyəviləşmə özlüyündə əleyhdar bir ideologiya kimi müəyyən edilir. Halbuki islamçılığın qarşısında onunla mübarizə edən bir sekulyarlıq  ideologiyası yoxdur … Əksinə islamçılığın şəxsən ‘içində’ bir sekulyarlıq meyli var və dinin siyasiləşməsi qaçınılmaz olaraq bu cür nəticələr yaradır…

Göründüyü qədəriylə bir qanadda İslamçılığa duyulan zərurəti önə çıxaran, ‘qurtuluşun’ və ya olması lazım olan nizamın ancaq islamçılığın əvvəl özünə gəlməsi, sonra dünyaya qələbə çalması ilə mümkün ola biləcəyini müdafiə edən bir baxış var. Digər tərəfdə isə islamçılığın həyatın konkret həqiqətlərinə çevrilməsi nəticəsində siyasi funksiyasını itirdiyini və bunun tarixi hər axın üçün olduğu üzrə İslamçılıq üçün də təbii qarşılanması lazım olduğunu söyləyən bir yanaşma var … Birincisi dini, digəri elmi istiqamətə meylli; ilki normativ, ikincisi həqiqi bir tutumu işarələyir. Birincisi siyasət edir, digəri o siyasəti akademik çərçivəyə oturdur.

Sual : İslamçı olmadığını söyləyən Müsəlmanları, İslamın ana istinad qaynaqlarını olduği şəkildə oxumayan və təhlil etməyən dindarları hara qoyacaqsınız? Bu cür dindarlar sayca artır və İslamın  təyin nöqtəsinə gəlsələr nə edəcəksiniz? Onları razı salmaq üzrə siyasət yürütsəniz özünüzü dünyəviləşmənin necə xaricində tutacaqsınız?…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10