Hindistana səyahət edən yapon turist Tac Mahalda selfi çəkmək istəyərkən pilləkanlardan yıxılaraq ölüb.
Senet.az xəbər verir ki, xarici mətbuata danışan hadisənin şahidi Saqar Sinq hadisə haqqında bunları deyib: “O, Tac Mahalda selfi çəkmək istəyirdi. Ancaq birdən-birə arxası üstə yıxıldı. Xəstəxanaya aparsaq da, həyatını xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, statistikalara görə selfi çəkərkən ölənlərin sayı günü-gündən artır.