“Şelkunçik” baleti azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

9 Baxış

14840578212741244821_1000x669

Yanvarın 14-15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdiriləcək.

Senet.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində quruluşçu xoreoqraf və işıq üzrə rəssam azərbaycanlı balet ustası Eldar Əliyevdir. Onun librettosu əsasında nümayiş etdiriləcək balet Marius Petipanın (1818-1910) orijinal ssenarisinə əsaslanır.

Eldar Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. Eldar Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

KÖŞƏ YAZARLARI
TOP 10