Senet.az-ın əməkdaşı mükafatlandırıldı

108 Baxış

huseyncNoyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Senet.az xəbər verir ki, həmçinin bu il təsis edilən “Kaspi” mükafatının, “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun və kitabının təqdimatı da olub.

Tədbirdə əvvəlcə fotoalbomla bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, akademik İsa Həbibbəyli, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, professorlar Kamran Əliyev, Cahangir Məmmədli çıxış ediblər.

Sonda “Hüseyn Cavid. Vətənə qayıdış” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Ziyadxan Əliyevin “Hüseyn Cavid romantizmi rənglərin işığında” məqaləsi 1-ci yerə, Elnarə Akimovanın ” Cavid yaradıçılığı: zamana baxış konteksində” məqaləsi 2-ci yerə,Senet.az-ın əməkdaşı Gülnarə Səmanın “Cavidanə uçurum” məqaləsi isə 3-cü yerə layiq görülüb.

 

 

 

Bölmə : Sənət xəbər