Senet.az “SİQARETƏ YOX!” aksiyasına start verir

151 Baxış

nosmokingStatistikalara görə, hazırda il ərzində 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə ölür! Mütəxəssislər bildirir ki, siqaret çəkmək riski məktəbdə, orta və yuxarı siniflərdə oxuyan şagirdlər arasında daha çox olur.Azərbaycanda da yeniyetmələr arasında bu pis vərdişə tutulanların sayı günü-gündən artır.

Senet.az saytı da ziyalılarımızı 15 sentyabr “Bilik Günü” münasibətilə “SİQARETƏ YOX!” aksiyasına qoşulmağa dəvət edir.

Məqsədimiz ədəbiyyat, sənət, təhsil və mədəniyyət sahələrində çalışan insanlarımızın daha güclü təsir effektinə malik olduqlarını nəzərə alaraq, cəmiyyətimizdə yetkinlik yaşına çatmayan uşaqların, habelə gənclərin, universitet tələbələrinin dünyada ən zərərli vərdişlərdən biri olan siqaret çəkməyə qarşı birləşməsi, nikotinin sağlamlığımız üçün təhlükəli olduğunu təbliğ etməkdən ibarətdir.

Aksiya üçün qələm adamlarının, dəyərli ziyalılarımızın çağırışlarını, təbliğat mətnlərini dərc etməyə hazırıq. Feysbuk sosial şəbəkəsində haştaqımız: #siqareteyox!

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10