1 fevral tarixində Kitabevim.az kitab marketində senet.az elektron dərgisinin təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan senet.az elektron dərgisinin təsisçisi Şəmil Sadiq bildirib ki, yeni yaradılan elektron dərgi ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərəcək. “Elektron dərgimiz ədəbiyyat ağırlıqlı sənət saytıdır. Bizim üçün Vətən və millət yolunda düşüncə savaşı daha önəmlidir. Dərgimizi yaxın vaxtlarda kağız formatında da təqdim etməyi düşünürük. ”
Daha sonra Şəmil Sadiq saytın komandasını təqdimata toplaşan qonaqlara təqdim edib.
Saytın baş redaktoru Müşfiq XAN və redaktoru Cəlil Cavanşir saytla bağlı, saytdakı bölmələr haqqında qonaqlara məlumat veriblər.
Təqdimatın gedişində ədəbiyyat, mədəniyyət , qələm adamları yeni yaradılan sayt haqqında fikirlərini, təəssüratlarını bölüşüblər.
Səma Fuadqızı