Şerlok Holms haqda əlyazma tapılıb

13 Baxış

elyazma“The Telegraph” qəzetinin 20 fevral buraxılışı oxucuları maraqlı bir faktla üz-üzə qoyub.

Belə ki, qəzetin dünənki buraxılışında Böyük Britaniyada Şerlok Holms haqda əlyazma tapıldığı yazılıb. Əlyazmanı tapan 80 yaşlı tarixçinin sözlərinə görə, yazının müəllifi Konan Doyldur.

Əlyazmanı tapan tarixçi Elliotun sözlərinə görə, o, bu əlyazmanı öz evinin çardağında aşkar edib: “Bu kitab, təxminən, 40 və ya 50 ildir ki, məndədir. Yəqin ki, bunu mənə hansısa dostum hədiyyə edib, çünki belə bir kitab aldığımı xatırlamıram”. Qeyd edək ki, 48 səhifəlik əlyazma şəhər muzeyində saxlanılacaq. 

Kult.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10