Şerlokun şəxsi həyatı: ədəbi qəhrəmanın kitablardan real həyata çıxışı – Xanım Anela

15 Baxış

Londonda yerləşən Şerlok Holms muzeyi

 Senet.az oxucularına “Ustad” jurnalının 28-ci sayından Xanım Anela “Şerlokun şəxsi həyatı: ədəbi qəhrəmanın kitablardan real həyata çıxışı”

Konan Doyl məşhur personajını yaradanda düşünə bilməzdi ki, o, öz həyatını, demək olar, müstəqil olaraq da yaşaya biləcək. Söhbət məşhur detektiv obrazının dəfələrlə ekranlaşdırılmasından getmir. Söhbət Doylun hələ həyatda olduğu zaman baş verənlərdən gedir.

Doyl anlayır ki, o, öz yaratdığı personajın həyatı üzərində adi yazıçılıq gücünü itirib, çünki Holmsu öldürə bilmir, halbuki, bunu hər hansı bir yaradıcı öz ədəbi qəhrəmanı üzərində edə bilərdi. Doylun iradəsinə zidd olaraq detektiv sağ qalır və çox çətin, mürəkkəb işləri araşdırmağa davam edirdi – bu, şəxsən kraliça Viktoriyanın istəyi idi və yazıçı bu istəyə qarşı çıxmağa cəsarət edə bilmədi.

Ancaq daha əvvəl London poçtalyonları cənab Holmsun yaşadığı Beyker Stritdə bir ev axtara-axtara havalanmağa başladılar. Ora çoxlu məktublar gəlirdi, lakin Beyker Stritdə zərflərin üzərində yazılan nömrədə ev yox idi. Məktublar kimə gəldi göndərilirdi: şəxsən Doylun özünə, Skotland-Yarda, həkim Josef Bellə, kimsə onun haqqında “Holms” olduğunu yazdığı üçün, yəni detektivin prototipi olduğunu və sadəcə Beyker Stritdəki bənzər nömrəli təsadüfi evlərə.

Birinci məktub bir amerikalı tütün alverçisindən gəldi: cənab Holmsun yüz qırx növ tütün külünün monoqrafiyası onu çox maraqlandırırdı və o, bunu hansı nəşrdə axtara biləcəyi haqda soruşurdu. Beləliklə, Konan Doyl Holmsun ciddi-ciddi elmi karyerasında irəliləyərək, paralel həyatda yaşadığını öyrəndi. Təbii ki, monoqrafiya yox idi, hekayələrindən birində Doyl qəhrəmanının sözlərində bu haqda qeyd etmişdi, lakin qanı-canı olan real insanlar belə bir kitabın mövcud olduğundan əmindirlərsə və ona istinad edirlərsə, deməli belə çıxır ki, o, hansısa şəkildə mövcuddur.

 

Sonrakı məktublar daha çox cinayətin açılmasına kömək etmək, qatili tapmaq, oğurlananları qaytarmaq, cinayətkarı cəzalandırmaq kimi istəklərdən ibarət idi. Kitablardakı hadisələri XIX əsrin sonlarında baş versə də, bir çoxları Holmsa heç bir tərəddüd etmədən XX əsrin 30-60-cı illərində yazırdılar. O vaxta qədər Beyker Strit tamamlanmışdı və ünvan (nömrədən sonrakı hərfi silsək) banka aid idi. İndi məktublar banka gəlirdi, beləliklə, qırxıncı illərin sonunda Holmsun məktubları üçün katib vəzifəsini də təyin etmişdilər. Bu məktublar 1980-ci illərə kimi gəlməkdə davam etdi!

Lakin minlərlə mesajın ünvançısı Holms artıq yox idi. Müəllifin ölümündən sonra o, öz sərgüzəştlərini küçə alverçiləri tərəfindən satılan ucuz kiçik kitabların səhifələrində davam etdirir və demək olar ki, vərdişləri çox dəyişmişdi: boksu vaxt düşəndən-düşənə deyil, artıq bütün işlərin həllində sağa-sola istifadə edirdi. Onun sayəsində pul qazanan bir çox plagiatorlar Doylun yaratdığı Holmsu belə görürdülər. Bu, kasıb London camaatının xoşuna gəlirdi.

Bundan əlavə, əfsanəyə görə, hansısa britaniyalı 1920-ci illərdə ABŞ-ın kiçik şəhərlərindən keçərək özünü Şerlok Holms kimi təqdim edirmiş və xüsusilə müxtəlif personajlara bənzətməklə cinayətlərin açıqlanmasına dair mühazirələr aparırmış. Çox güman ki, bu “Holms” hansısa aktyor idi, çünki cinayətə dair göstərdiyi şounun bir hissəsi (özündən heç nə əlavə etmədən) Doylun kitablarından süjetləri təkrarlayırdı. Mühazirə ideyasını isə o, həqiqi fransız detektivi olan Vidokdan götürə bilərdi (o, məşhur “polis geyiminin dəyişməsi” texnikasının nümayişindən qazanc əldə etmək üçün Britaniyaya gəlmişdi).

Bundan əlavə, psixiatrik klinikalarda “Napoleonlar”ın dəbi keçdikdən sonra aktual olan siyasi xadimlərdən başqa Holmslar yarandı. Onların çoxu ingilis dilini belə bilmirdi və Britaniyadan çox uzaqda yaşayırdılar. Başqa əfsanəyə görə, Şerlok Holmsun adına gələn məktubların bir hissəsinin, həqiqətən də, cinayətlərin üstünün açılmasında faydası olub. Məktublarda xoşagəlməz işlərin şahidləri də olurdu: onlar polisin diqqətini öz üzərinə çəkmək istəməyən insanlar tərəfindən yazılmış hansısa cinayətkar haqqında məlumatları əks etdirirdi. Belə məktubları bank Beyker Stritdən Skotland-Yarda göndərirdi.

1985-ci ildə Britaniyada Şerlok Holmsa yazılan ən qəribə məktublar toplusu çap olundu. Onlardan məlum olur ki, Holmsu – praqmatik və rasional təfəkkürün simvolunu çoxları, eyni zamanda, paranormal işlər eksperti də hesab edirdilər. Bu, gülməli gələ bilər, ancaq xatırlamaq lazımdı ki, Holmsun yaradıcısı Konan Doyl məntiq, elm və tərəqqinin böyük bir qəyyumu olaraq spiritizmlə maraqlanır və pərilərə inanırdı. Bəlkə də, onun əlinə günəşdən qorunmaq üçün linza taxan vampirlər və ya kölgəni yanlış tərəfə salan sirli ev haqqında yazılmış məktub keçsəydi, bizim əlimizdə Holmsun xəbis kabusun pis əməllərini aşkara çıxaran hekayələri olardı.

Holms isə öz həyatına davam edir və Beyker Stritdə onun indi, həqiqətən, evi var. Doylun detektiv haqqında möhtəşəm hekayəsindən oxucularına yaxşı tanış olan şəraitə uyğun bir ev.

Şerlok Holmsun yaşadığı ev, Meri Poppinsin uçub gəldiyi yer və Londonun digər ədəbi yerləri – buraları bir gün ziyarət etmək lazımdı!

Bölmə : OxucuKlubu, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10