Sevə-sevə gəzdim bu elləri…                           

96 Baxış

minexanimtekleliTürkiyəni, İstanbulu xəyallarımda çox gəzmişəm. Bu gedişimsə aşikaradır, yuxu – filan deyil. Budur, ikinci dəfədir, bu şəhərin qonağı oluram. Birinci dəfə 91-in avqust-sentyabr aylarında İstanbulu  görmüşdüm. Odur ki, hələ Atatürk hava limanından başlayaraq bu illər ərzindəki dəyişikliklərə göz qoyur, hər şeyi dördgözlə müşahidə etməyə çalışıram; ilk qarşıma çıxan qarayanız  qulluqçu qızı da keçən dəfədən sanki tanıdığıma inanıram. İstanbula ayağımı qoyan andan bax beləcə reallığı buraxıb özümü fantastik bir aləmə salıram, nə edim, mənə belə xoşdur. Özümü o qədər xoşbəxt hiss edirəm ki…Axı xoşbəxtlər heç nəyin fərqində deyillər. Vaxtilə məndən ötrü əlçatmaz sevgi, umulmaz bir eşq timsalında olan İstanbul, indi mənimçün Bakı qədər məhrəm bir yuva təsiri bağışlayır. Elə bil evə gedirəm. Bacım burada yaşayır. Istanbulda müsafirləri qarşılayanların önündə bacım oğlu Muradı görürəm, məni görüb səddi keçərək 10-15 addım yolu qarşıma qaçır. Qucaqlaşırıq. Çantamı alıb artıq yetkin kişi ədası ilə taksilərdən birinə yaxınlaşır, “Yedi Küle”ye deyə tapşırır. Mən də öz-özümə “Yeddi Qüllə…” deyə pıçıldayıram. Bakının sanki İçəri şəhəri. Bacımın evi burada, İstanbulun ən qədim guşəsində, Mərmərənin lap kənarında  yerləşir.

Axşam düşməkdədir. İstanbulun sehirli axşamının tamaşasina daliram. Hər tərəfdə türk bayraği yellənir, evlərin balkonlarında, pəncərələrdə, hətta qayıqlarda kiçik bayraqcıqlar dalğalanır. Sonrakı günlərdə də şəhərin hər yerində bu bayraqları görürəm

Murad izahat verir: bu yaxınlarda türk bayrağına həqarət oldu ya, onun üçün hər kəs bayrağa ehtiramını göstərməkdədir. Bayraqlar və çiçəklər şəhəri. Allah gül-çiçəyi nə qədər sevirlər və… cəfasını da çəkirlər. Hər yan güllük, gülüzarlıq. Qəlbinə, zövqünə aşiqəm türküm, Türkiyəm.

Hər gedişimdə axşamlar heç yerə, heç kimə getmək istəmirəm. Təkcə Sultan Əhmədə gecə işıqlarında saatlarla tamaşa etmək. Bu bir məsələ dönür, dostlarımın dilində zarafata çevrilir. İşden, tapşırıqdan boyun qaçıran və ya gecikən kimsəyə neredeydin, deyə sorduğunda: Sultan Ahmedə gecə işığında tamaşada. Uşaq çağlaımda bir rus sovet filmi vardı. Sefer gemisi İstanbul boğazını her defe gece keçer. Öz iş növbetini bitirib derin uykuya giden bir zabitse yatağına girerken yardımçısına tapşırır ki, İstanbula çatarken məni oyat, gece işıqlarında onu seyr etmezsem bunu kendime bağışlamaram. Həmin an təkcə o zabit deyil bütün gəmi heyeti lal bir heyret içinde ayaq üstündə durub sayrışan ulduzlar işığında bərq vuran İstanbulun hüsnünə dalmışdılar. Qismət oldu özüm də dönə-dönə bu boğazdan keçdim, bir də keçdim. 2007-nin yazında Kültür universitetinin konfransında iştirak edərkən az qala bütün geceni füsunkar boğaz gezintisi sürdü. Bu yaşıl tanrının əlilə əsrarəngiz bir defile kimi uzanıb gedən boğaz açıq denizlə qovuşur. Bu Qara dənizdir. Köksündə hər zaman tüğyan edən küləklərin zəif əsintiləri da, bizdə də bu ağaca tapınıb, ziyarət edirlər.

Qalanın dibində üç ağac incir,

Qolumda biləkçə, belimdə zincir

Zinciri boş bağla, hər yanım incir…

Can…

İlk ziyarətim yolumuzun üstündə Sünbül əfəndi türbəsi olur burada duyulmaqdadır. Gözlərim önünə Qara dənizin döyüşlərə köksünü gərən hərb qalaları, oradan buraya paytaxta. Buradan da qalalra gedən həyəcanlı hərb xəbərləri, gündüz küləyin özündən yüyrək gələn zəfər xəbəri və ya gecəyə salınan üstüörtülü bəd xəbərlər. Sultan sarayları bu qədər dənizə yaxınmış. Bundan ötrümü?! Yəni taxt-tacda da bir dinclik yoxmuş, qardaş…

…Səhər narın yağış yağır. Gəzməyə gedəkmi? Uşaqlar məni, mən də uşaqları həvəsləndiririk. Bacım işdən zəng edir. Hələ çıxmayın, islanarsınız. Lakin mənim: yox ay uşaqlar, bu yağışdan qorxmağa dəyməz. ər-arvadın savaşı. Yaz gününün yağışı. Uşaqlar sevinir. Hələ pəncərənin arxasından bu narın, dumanlı çisək gəl, gəlin deyir. Mən sizi öpərəm, deyir. Gülüşə-gülüşə dəniz sahilinə çıxırıq. Hündür, möhtəşəm qala divarlarına içəridən və çöldən tamaşa edirəm. Köhnə divarlar, bir vaxt süngülərə, toplara sinə gərən divar indi münbit torpaq kimi köksündə ağlagəlməz gözəllikdə çiçək topaları bitirmiş, ən qəribəsi də odur ki, incir ağacı hər tərəfi bürümüş. Nə hikmət var əski daşlarda? Bəlkə ona görə burada (1451-1531). Sünbül əfəndi Xəlvəti təriqətinin Cəmali qoluna mənsub olmuşdu. Bu türbədə həm də sərəsgər Mühəmməd Riza paşa da öz vəsiyyətinə görə dəfn olunmuşdur. Ruslarla və yunanlarla savaşmış, heç məğlub olmamışdır. Hər an Sünbül əfəndi qəlbimdə idi, ona görə yenilmədim, qələbələrimdə ona borcluyam, – demişdi.

Istanbulda da böyük evlər tikilir, amma oradakı balaca evlər də öz yaşayışında. Daha bizdəki kimi təşviş içində deyil kiçik evlərin sakinləri. Şəhərin tam mərkəzində yüksək bina tikilmir. Bir də bu şəhərdə tikilən 20 qatlı binalar iş binalarıdır, mənzil deyil. Tarixi binalar qorunur, evin əski adı-ünvanı qapılarının üstündə qeyd olunur. Bununla da evin əsil tarixçəsi ilə tanış olursan. Rəqabət var, inhisar yoxdur Türkiyədə.

Muradın oxuduğu Qadir Has məktəbinə gedirəm, Türkiyənin xeyirxah insanlarından, malını, canını millətdən əsirgəməyən adamlarından, Türkiyədə xeyriyyəçiliyin dərin və köklü ənənələrindən, Sakib Sabançıdan, onun milli təhsil üçün fədakar əməyindən böyük vəcdlə  danışır bacıoğlum. Bu millət fədaisinin, elm-təhsil aşiqinin  yenicə ili çıxıb. Amma hələ də itkisi göynədir ürəkləri. Nə qədər məktəb tikdirib millətə bağışlayıb. Indi onun adını daşıyır və daşıyacaqdır. Allah, belə insana “öldü” demək olarmı?

Təpə Başına qalxırıq, yüksək yoxuşda yerləşir. Pera Palas hotelini görmək istəyirəm. Budur hotelin qarsısı, daş döşənmiş açıqlıq. Azərbaycan Cumhuriyyəti Daxili işlər naziri Behbud bəy Cavanşiri bu hotelin önündə qətl ediblər. Mənim önündə şəkil çəkdirdiyimi, qeydlər götürdüyümü görüb içəri dəvət edirlər, muzey edlmiş odalarını gəzdirirlər. Budur Mustafa Kamal paşanın odası. Daha kimlər olmayıb burada!? Aqata Kristi, Sara Bernar, Mata Xari, Qreta Qarbo, Broz Tito… Amma Cavanşirin adı yoxdur.

Öz vaxtında bu sui-qəsd və ardınca məhkəmə Türkiyədə böyük əks-səda doğurmuşdu. 1921-ci ildə Türkiyəyə üz tutan Cavanşir adının ermənilərin terror siyahısında olduğunu bilirdi. Odur ki, qohumu Əhməd bəy Ağaoğlunun ailəsi onu evlərində saxlayıb qoruyurdular. Hər halda fikri Almaniyaya getmək idi, vaxtilə ali təhsilini orada almışdı. Bütün cümhuriyyət hökuməti üzvləri öldürülmüş, Nərimanov onun qanının arasına girərək Bakıya neft avadanlığları alıb gətirmək adı ilə ona viza verdirtirib Siyasi Şöbə zindanlarından xilas etmişdi. Burada isə düşmən onu qarabaqara izləyirdi. Cavanşir Behbud bəy yağışdan çıxıb yağmura düşmüşdü. O bu gizli yaşama üsyan edir və Pera Palasa daşınır.

Elə həmin günün axşamı nə vaxtdan bəri onu ac qurd kimi izləyən erməni terrorçusu Tarlakyan vurub Cavanşiri burada qətlə yetirir. Budur, dəfələrlə bu mövzuda yazsam da, ilk dəfəydi ki, nəhayət qəhrəman, qeyrətli eloğlumun qanı tökülmüş yerə ayaq basırdım.

Qalata ən yüksək təpənin üstündə yerləşir; qüllənin təpəsindəsə özünü zirvədə hiss edirsən. 1453-cü il mayın 29-da Fatih Sultan Mehmetə  açarları genuyalılar burada təqdim etmişlər. Bu salı günü sabah-sabah baş vermişdi. Və Qalatanın təslimi 1 həziran cümə günü tamamlanmışdır.

…Bəyoğlunda kilsə mehrabında oxudum: yakdığım bu mum məni aydınladan işığım olsun! İşlediyim tüm günahları yakan atəşim olsun! Ailəm üçün də, tanımadıqlarım üçün də sevgi alovu olsun! Mərhəmət et ürəyimdəki qaranlıqlara, rəbbim!

Bu sözləri heç unuda bilmirdim. Istanbuldan döndükdən sonra həmin yayı dostlarımla Xıdır Zində pirinə  getmişdim. Elə ilk yoxuşda maşınımız xarab oldu. Iki-iki, üç-üç qoşalaşıb yola düzəldik. Ziyarətə aparan yol ilə maşınlar şütüyür, heç kim maşını saxlayıb bizi götürmürdü. Yol yarı olmuşdu; səhranın al günəşi altında yorulub ikimiz də yolun üstünə kölgə salan torpaq qayanın dibində otururuq. Maşınlar sürətlə keçir, özlərində bir qaşıq mərhəmət olmayan bu insanlar şəfqət, mərhəmət ummağa tələsir.

…Az qala bütöv bir günümü Əsgər muzeyinə həsr edirəm. Ilk gəlişimdə buranı zorla tapmışdım. Dünyaya örnək olan türk hərb işi, döyüş hünəri, qədimlərdən bəri icad etdiyi silahlar – hər şeyi öz gözlərimlə görmək istəyirdim. Bu silahların önündə şəkil çəkdirirəm. Axı bu silahlar kimi, onların türk dilində adları da hələ Kiyev Rusu dövründən slavyan dillərinə keçmiş və bu dillərdə yaşamaqdadır. Kaput – əsgər geyimi, uniforma; rus dilində (kapot) daha geniş sahələri əhatə edir: qalın üst geyimi (qadınlara aid), sonra texniki termin, məsələn avtomobildə motorun üstündəki qapaq. Kapot~kaput ərəb dilinə də keçmiş “əsgər şineli” deyə həmin dildə də yaşayır. Burada rusların da kasatura dedikləri əsil qılınc görürəm.

Ənvər paşanın yazı masası qorunur burada; qoltuğu, böyük potreti. Qürurla qarşısında dururam. Görəsən, bu masa başındamı imza atdı mart qırğınında yardımsız-yavərsiz qalan, qanlar içində boğulan Azərbaycana, Qafqaz müsəlmanlarına yardım üçün?

Eh paşam! əziz şəhid qardaşım, Türk Azadlıq ordusu əsgərlərinin ayaq izləri Azərbaycan topraqlarında hələ qalır, qalacaq da. Bu çəkmə izlərində qıpqımızı güllər cücərib boy atır hər yaz, hər bahar. Onların Gəncədən Bakıya, Qarabağa, Dərbəndə uzanan mücadilə yolu hər il yazbaşında bağrıyanıq lalələrə bürünür. Vallah, inanıram ki, bu qızıl lalələr onların bu topraqlara axıtdığı şəhid qanlarından boy atıb…

… Şüşənin altında Sədrəzəm Tələt paşanın qanlı köynəyi. 1921-ci il fevralın 15-də Berlində qətl edildi. Burada tapancası, üstü “Tələt” yazılı qılıncı, əl ağacı hifz olunur. 1874-cü ildə Ədirnədə doğulmuşdu.

Xəyal da məni götürüb özü ilə götürüb Ədirnəyə aparır.  Rusların hər iki cəbhədə – Qafqazlarda və Balkanlarda apardıqları savaş sona yetməkdədir. 1828-ci ildə Türkmənçay sülhü ilə Azərbaycanın qüzeyi Rusiyaya ilhaq edilir. Ardınca 1829-cü ildə isə Ədirnə andlaşması ilə xəyalında bəslədiyi böyük niyyətinə çatır: Həmin sülh bu şəhərdə bağlanmışdı. Bu şəhərdə nə vaxtsa (dəqiq desək: 45 il sonra) Tələt paşa namında bir igid doğulmalı idi. Məndə onun bir şəkli var, üstündə yaşıl abajurlu lampa olan yazı masasının arxasında. Bir gün oğlum həmin lampanın eynisini alıb mənə bağışlayanda çox sevindim…

Bu dəfə dr. Nazilə xanımı görəcəkdim, mənim jurnalist dostumu. İstanbulla bağlı o qədər arzularım var ki… Amma Naziləni görən tək: Əyyuba gedək, deyirəm. Onsuz da gəzintilərimdə yan- yörədə hər kimsədən durduğum yerin adı ilə maraqlanıram. Hələ uşaqlıq çağımdan oxuduğum kitablardan bu adları əzbər bilirdim. Odur ki, nəyi eşidirdimsə, bu adların sehrindən qəlbim həmən fərəhlənirdi. Bəzən özümü saxlaya bilməyib ağlayırdım. Sanki uşaqkən qoparılıb ayrıldığım yerə bir də dönmüşdüm. Bir dəfə İstanbul universitetindən geri dönürdüm təkbaşına. Maraqla ətrafa baxır, heç nəyi gözdən qaçırmamağa çalışırdım. Birdən sokakın adı gözümə dəydi: Şahzadəbaşı… Sanki mənə böyük hədiyyə verdilər. Əski adlarını yaşatmaqla əski tarixini də yaşadır İstanbul. Nağıl kimi əsrarəngiz, ana kimi çox yaxın, doğma İstanbul. Kitablardan tanıdığım İstanbul indi mənə ağuşunu açmışdı. Bir axşam uşaqlara: sabah imkan olarsa yolüstü də olsa Karaköyə dəyək. Murad adəti üzrə heç nə deməsə də Orxan əlüstü: hayır ola, orada nə var? Mən: Bulqakovun “Qaçış” romanında İstanbulun bir çox səmti gözəl-gözəl təsvir olunub, Karaköy daha ekzotik, Şərq dünyası kimi. Axı Rusiyadan inqilab fırtınasından canını götürüb qaçan rus mühacirləri İstanbula sığınmışdılar. Bu xatirələr yerə-göyə sığışmaz…

İlk yazım qəzetdə çap olunanda 9 yaşım vardı. 13 yaşımda isə mərkəzi rəsmi qəzetdə yazım şıxmışdır. O zamandan bir sıra janrlarda qələm təcrübələrim olmuşsa da heç şeir yazmağı sınamamışdım. Ilk şeirimi İstambulda ilk gəlişimdə yazdım. Burada da, sonra yazdıqlarım da hamısı İstambula həsr olunmuşdu.

Dəli ruzgarlar əlində

Bir yarpağa döndüm

Bakı küçələrində

Özləyirəm səni İstanbulum…

Sənə süs veren

laciverdi səmanın

bir ulduzu tək

hər gecə köksündə alışıb yanmaq

Bir daşa,

Bir çiçəyə çevrilib

əbədən

Qoynunda qalmaq

Istəyi yandırır məni

Əbədi şəhər

əbədi sevgi

sevdalar şəhri

İstanbulum…

Oturub Sultan Ahmedin yaxınlığında arxa sokakda qəhvə içdiyimiz yerdə prof. Yusif Camal Anadola üzümü tutub: nə yaxşı İstanbulun əski adlarını saxlamışsınız. Kağithane, Ok meydanı, Divanyolu…

Bizim bu oturduğumuz yer elə Divanyoludur, deyə Camal bəy qeyd edir. Camal Anadol bizim Azərbaycanda da çox gözəl tanınan, sevilən bir alimdir. Mən də onu görüb salamlaşan kimi: professor, əvvəl Bakıya tez-tez gəlirdiniz, amma sanki sakitləşib daha gəlmədiniz.

Camal bəyin ulu babası Qafqazdandır. Anasının qoynuna qısılıb yatmış bir körpə təkin dağlara sığınmış bizim Şəkidə doğulub, Şeyx Mənsurun müridi olub Ali əfəndi. Qeyd: Şeyx Mənsur Anapa qalasında çar istilaçılarına qarşı mübarizənin əsas ilhamçısı idi. Anapa 1791-ci ildə ruslarin əlinə keçdikdə Şeyxi Peterburqa aparmış, dəhşətli Şlisselburq həbsxanasında edam etmişlər. Hacı Ali əfəndi isə bu savaşın sonunda Ərzuruma köçmüşdür.

Yox, deyir, hara gəlim, rəhmətlik oldu dostlarım-Rəfiq Zəka, Cahangir Cahangirov, Xəlil Rza, Fəraməz Maqsudov, Mahmud İsmayıl…

Camal bəy İstanbulda dünyaya gəlib. Doğulduğu yer Dirəklər arası, bugünkü Böyük Rəşid Paşa caddəsi keçən yer. Ədəbiyyat tarixçisi, Azərbaycan İran ədəbiyyatı uzmanı Ali Nihad Tarlan onun dayısıdır. Hocaların hocası Tarlan ustad. Azərbaycanın xilaskarı Nuri paşanın ölümü də yaxşı yadındadı. Qohumu Nuri paşa fabrikindəki partlayışdan ölərkən 15 yaşındaymış Camal Anadol. Sütlücədə həmin partlayışın səsi evimizə gəldi, qaçıb getdim, deyir Camal bəy. İsrail davası gedirdi. Nuri paşa həmin savaş üçün silah sifarişi alıb yenicə geri dönmüşdü Ərəbistandan. Müəmmalı ölüm…

Mudros barışı şərtinə görə azad etdikləri Bakını da buraxıb geri dönür türk əsgəri. Qaniçən düşmən əlində çarəsiz bir xəstə tək bulduqları Azərbaycan artıq öz ordusunu təsis etmiş, bağımsızlığına qovuşmuşdursa da xalq təlaşlanır: birdən düşmən arxasız qaldığımızı görüb bir də üstümüzə qalxdı?!

Bu mahnı həmin vaxt qoşulan şərqilərdən biridir:

Türklər gedir, ağlama,

Qapıları bağlama

Gedib yenə gələrlər

Özgəyə bel bağlama

İstanbulun tərifə sığışmayan nə qədər gözəllikləri vardır. əsrlərcə əvvəl Sultanlar, alimlər, əyanlar dəfn olunmuş qəbirlər bu günün təzə məzarı kimi gül-çiçəyə tutulmuş; gözəl bir bağça guşəsi tək bahar cilvəsi oynaşır üzərlərində.

Mərhəba! Yüz dəfə mərhəba! Bu eşqə, bu xatirəyə təzim edirəm.

Biri öz danışığında Nişantaşında yaşadığını söylədi. Dərhal “Çali quşu” dan Kuzğun, Qoz yatağı, adları yada düşür. Ilk dəfə gəldiyim zaman Qarabağ məsələsi yenicə dillərə düşürdü. Burada da bu, hər kəsi məşğul edirdi. Xüsusən ata-babaları Rusiyadakı çevrilişlər vaxtı hökm sürən qarışıqlıqlar, ardınca baş verən qırğınlar səbəbilə vətəni tərk edən eloğullarım buna ayrıca bir həssaslıq göstəriridilər. Sanki konfrans verirdim, hər gün bu mövzuda söhbətlərimiz olurdu. Bir gün içəriyə bir ailə daxil olur. Mənim bu yeni gələn həmvətənlərim: biz Tekirdağda oluruq, ona görə sizin görüşə gec gəldik… O saat: Fəridənin olduğu Tekirdağdanmı? Sanki Çalıquşu Fəridəni gələrkən götürməliylərmiş kimi üzlərinə təəssüflə baxıram. Tekirdağ gəzintiləri, yeni sevdaya düşən, atı ilə onların ətrafında dolaşan gənc mülazim, Fəridənin sirdaşı xalaqızı Müjgan … ürəyim həsrətdən sıxılır. Film çəkilsə də hələ Çalı quşu filmə baxmamışam… Xəyalımda özümün nəqş etdiyim bir maraqlı film var.

11yaşım vardı. Məktəbimizin qapısına yığışmışdıq. Bizi pambıq tarlasına aparacaq maşını gözləyirdik. Kolxozda pambıq yığımı başlayanda məktəblərdə dərslər dayanar, məktəbliləri də yığıma qoşurdular. Bəzən lap balacaları da bu işə cəlb edirdilər. Bizə də elə bu lazım idi. Bahar çəmənlərindən geri qalmayan bu tarlalar bizim üçün bir səfalı seyrangaha çevrilirdi. Bir əlimiz pambıqda idisə də vaxtın çoxunu oynamaqda, oxumaqda keçirirdik. İndi də sevinclə intizar qarışıq bir vəziyyətdə maşınımızı gözləyirdik.  Vaxt keçidi, hərə özünə bir məşğələ tapıb başını qatırdı. Birdən rəfiqəmin çantasında “Rəşad Nuri Güntəkin. Çalıquşu” kitabını gördüm  dərhal alıb ayaqüstəcə oxumağa girişdim. Kitab məni necə tutdusa onu elə köksümə basaraq məktəbin bağçasına ağaclığa çəkildim. Daha ətrafda nə baş verdi unutdum: nə zaman maşın gəldi, yoldaşlarım hara getdi, bilmirəm. O güllükdən bir də gün günortadan ötərkən çıxdım. Yavaş-yavaş evimizə yollandım. O yaşıdım qız Fəridə məni sirli, fəqət vətən qədər əziz bir ölkəyə dəvət edirdi. O yaşımda Simurğ quşuna, onun gözqirpiminda adami istədiyi yerə götürüb aparacağina inanirdim. Indi budur həmin heyran dünyamla üz-üzəyəm. Bazarın özündə belə nəzakətlidirlər. “kisənə bərəkət”, “hayırlı-uğurlu olsun” dildən düşməyir. Hələ “abi, abla” deyə müraciətlər…”gülə-gülə”, “iyi geceler” duaları…

Üsküdara gedərkən

Aldı da bir yağmur.

Gözəl türkülərmi məni, yoxsa mən onları  buraxmıram. Bilmirəm… könlümsə hey oxuyur səssiz-səssiz, gizlicə.

Gəmi ilə Asiyaya keçirik. Təpələr üzərindəki İstanbulu dənizdən seyr edirəm. Bakıda Slavyan universitetində çalışan Şənarslan və eşi Kaliforniyalı Anya məni Üsküdara dəvət etmişlər. Onur bəy Üsküdarın futbol oynadıqları ormanlıqlarından, çəmənliyindən danışır, sıx evlərin sıralandığı küçələrə baxıram, onun çəmənliyini, seyrangah çağını fantaziyamın gücünə bərpa etməyə çalışıram. Bağların-bağçaların dövrələdiyi sakit, əlahiddə bir dövlət kimi özgür rahat evler, amma rahatlığını itirmiş kiçicik pencərədən nə zamandı yolları pusan incə, qələmqaşlı bir qızı xəyalıma gətirirəm… bu qızın əlvan əntarisinin qucduğu intizar içində azacıq əydiyi kövrək qamətini sanki görəcəyəm deyə, boynundakı rəngin muncuqların və bir də 14 yaşın fərəh və sevincinin par-par işıldatdığı həmin pəncərəni axtarıram.

Katibimin setresi uzun,

Ətəyi çamur

Katib benim, ben katibin

El ne karışır

Feridenin Maarif bakanlığındakı katib aşiqi yadıma düşür…

Dediyim kimi edirəm: bütöv bir günümü Yeddi Qülləyə həsr edəcəyəm. Bu da “Yeddi Qüllə”. Nəhayət hər gün yanından o üzə, bu üzə keçsək də bu gün bilet alıb içəriyə daxil oluruq. Beşguşəli ulduz şəklində əski zindan, tam ortasında cəza və edam yeri , kəndir salınan qarmaqlar belə durur. Şahzadə Osmanın yaşadığı və boğulduğu hücrə. Qala meydanı hansısa bir böyük tədbirə hazırlanır. Deyirlər, konsert olacaq bu yay burada. Budur, iri çən boyda bir silahı harayasa aparırlar. Bu içi nizəli şapkayabənzər qalpağı müharibə vaxtı qalanın qoruyucuları hücumçuların başlarına endiridilər.

Təkadamlıq hücrələri gəzirəm. Buradan öz ölkələri xeyrinə çasusluq edən səfir Tolstoy, sonra Obrezkov, sonuncu 1768-ci ildə Rusiya-Osmanlı savaşının başlanğıcında buraya salınmışdı. Tarixçilər indiyədək Yeddi Qüllənin dəhşətindən dəhşətlə söz açmaqda. Üz-üzə durub deyəsən bəs Petropavlovsk qalası, Şlisselburq, Sibir… hələ  2 yaşlı “vəliəhdi” edam olunan, özü isə yeraltı qaranlıq zindanda zülmətdən və aclıqdan deyil, məhz kədərdən ölən anası Marina Mnişek?! Bu qətllə hakimiyyətə gələn ilk Romanov xanədanının ilç çarı?! O, bu edama tamaşa etməkdən heç utanmırdı da. Nə bilmək olar, bəlkə sonuncu Romanovun öz ailəsi ilə 1918-də həbsxana zirzəmisində güllələnməsi taleyin hökmü idi?! Daha dəhşət və məhrumiyyətləri görməyə və göstərməyə bu qədər uzağa gəlməyə ehtiyac varmı idi?!

Nazim Hikmətin başına gələnlər düşür yadıma. Moskvaya yetişən təkin başına yığışan yazıçılara öz zindan həyatından danışdıqca ətrafındakılar qulaqlarına inanmır: onların dostu Nazim sən demə, istədiyi yaxını ilə görüşə, danışa bilər, hətta bir iş adamı kimi dəzgah qurdurub həbsxanada adamları da işlədib maaş verə bilərmiş; kitab oxuyar, qəhvə içər, qəlyan çəkərmiş. Belə xatirələr tumarında birisi özünü saxlaya bilmir: eh Nazım-Nazım,  sən görsəydin həbsxana necə olur!? Söhbətin səhəri həmin adam həbs olunur, Nazimə yazıçının dünənki sözlərinə görə həbs olduğunu söyləyirlər. Həqiqətən Stalinin ölümü ilə əfvi-ümumiyə görə tezliklə bəraət alıb (ölməyə macal tapmayıb) gələn yazıçi dilindən çıxan həmin ehtiyatsız sözə görə əlli-ayaqlı getdiyini söyləyirmiş.

Qalanın üstünə çıxıb hər yanı seyr edirəm. Əyilib quyusuna baxmaq istəyirəm. Quyu divarlarından boy atan incir kolu uzana uzana budaqlarını bayıra çıxarmış, açılmış ələ oxşayan qaba yarpaqları ilə sanki yalvara-yalvara nəfəs alır göy təmizliyi altında. Bürcün tam kəlləsində, qala divarlarının üstünə əskərlərin qalxdığı nərdivanlarda şəkil çəkdirirəm.   Gözüm dölusu İstambulu seyr edirəm. Qapıdan başlayaraq bizimlə olan təmirçi dəliqanlını da yaxına çağırıram, onunla da şəkil çəkdirirəm.

Bacımın kiçik oğlu Orxan eynən göyərçin qanadları tək gərilmiş qaşlarını yığıb sərt görkəm almağa çalışır: hala,  Yedi küle deyə bilməzmisen? –deyə bilərəm, deyib gülümsəyirəm.

Hər şəhər öz  təbiətində danışar. Təbrizlilərin danışığı çox şirindir; harada olsa tanıyıb seçə bilirəm. Bülbül ləhcəli Təbriz. İstanbul ağzı mənə görə kübarlığın simvoludur. Indi mənim bacıuşaqlarım da təbiri caizsə, bağa kınından çıxdı, kınını bəyənmədi…deyib mənim danışığımı bəyənmir. Biz yeddi, səkkiz deyirik. Qazaxlar yetı, sekiz deyərlər, “cetı” deyənlər də var… Nə fərqi varmış?

Istanbul universiteti qapısına müqəddəs Qurandan “Fətih” hədisi yazılmışdır. Arzum Tarih bölümü başkanı Abdulkadır Donukla görüşməkdir. Mən onun Eski Türk devletlerinde ünvan ve terimler kitabını oxumuşam və bəyənmişəm. Görüşürük, “Rus dilində türk sözleri” kitabımı ona verirəm, kitabiyyatın başında birinci öz adını və kitabını görərək qəribə bir fərəh hissilə mənə baxır. Hələ buradan qalxıb İraq vaqfı başkanı prof Sübhü Saatçının ziyarətinə getməliyəm. Vidalaşıram. Vaxtım azdır. Mənə qalsa Türkiyəni el-el, ev-ev gəzərəm, Azərbaycanı labüd məhvdən qurtarmış Türk İslam Ordusu ilə bağlı heç nəyi, bir sözü belə diqqətsiz qoymaram. Axtardığım vəfa və sədaqətdir. Malatya ellərindən I Dünya hərbi illərində qoşulmuş türküləri dinlədim. Doğan Şehirin Polat ilçəsindən Bakı şəhidləriylə bağlı. Hələ də unutmamışam, unutmayacağam da…

Dövlət Radiomuzda bir gün türk əsgərinin zəfəri mövzusunda apardığım söhbətdə eşitdiyim Bakı yollarında türküsünü muğam üstündə oxudum. Radionun sədri Mövlud bey Süleymanlı elə arabasında dinləyirmiş, cibdən redaktorum Tahir Talıblıya telefon açmış, amandı, onu buraxmayın, qoy istediyi qadar, istediyini qonuşsun. Həmişə gəlsin. Bu hatıra hər kəsi ağlatmışdı. Tahir yurnalı açıb adımı yazdı, hər dəfə gələcəyimə söz aldı

Kırmızı güllərin sarı tohumu, lələ gəlin

Yayla-yüksekde alamadım uykumu, lələ gəlin

Əgər Bakıya gedər, gəlməzsəm

Əsən ruzgardan alın kokumu…

Bu mahnılar Eşo gəlinin dilindən deyilir. Onun əri toy gecesinin səhəri hərbə çağrılıb Qafqaza- Azərbaycana göndərilib. Daha geri gəlməyib. Eşo gəlinsə 70-ci illərin sonunacan yaşayırmış…

Süfrələrin bəzəyi zeytundur. Bizdə 60-cı illərdə şəhər merimiz Əliş Ləmbəranskinin təşəbbüsü ilə Abşeronda əkilib becərilirdisə də yalnız bəzək ağacı kimi istifadə olunurdu. Son illərdə isə onsuz süfrə açılmır.

Son günüm bacım İradənin istirahət gününə düşür. Bütün günü gəzməklə keçiririk. Lakin qapıdan çıxarkən mənə birinci Topqapıya gedək, deyir. Ora çatarkən məqsədini başa düşürəm. məndən: hansı çinardan danışırdın, mənə tapşırırdın, gəl görüm. Gözlərim dolur. Qapının solundakı qocaman çinara doğru gedirik. Artıq gülürük, elə gülüşə-gülüşə şəkil çəkdiririk. Bir dəfə ona telefon etdiyimdə birdən birə: Topqapı sarayına bir dəy, qapının solunda ilk çinara məndən salam söylə. Sonra: sakit-sakit onun kölgəsində otur, məni düşün. Bir azdan bacım mənə təkrar zəng edib həlim, yumşaq səslə: niyə sən qalxıb bir buralara gəlmirsən, səni gözləyirəm, dur gəl. O, İstanbul üçün darıxdığımı başa düşmüşdü…

Istanbul üçün həmişə darıxacağam…

Minaxanım Təkləli

Bölmə : Araşdırma, Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10