“Sevdasız aylar”- YENİ KİTAB

78 Baxış

Şəkil2“XAN” nəşriyyatında Salam Qədirzadənin “Sevdasız aylar” kitabı işıq üzü görüb. Bu  barədə senet.az dərgisinə kitabın naşiri Müşfiq XAN məlumat verib. Kitabın redaktoru f.ü.f.d., dos, Şəmil Sadiq, üz qapağının dizayneri Teymur Fərzidir.

 Salam Qədirzadənin “Sevdasız aylar” romanı yarandığı illərdə – sovet dönəmində belə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri oxucunun diqqətini cəlb edəcək, onu öz tələbəliyinə, öz gəncliyinə səyahətə çıxaracaqdır.

 

Sabahdan Kitabevim.az Kitab mağazasından əldə edə biləcəyiniz kitabın qiyməti 3 manatdır.

 

Senet.az

 

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10