Sevgilim – Şəhla Ramazanqızının ŞEİRİ

29 Baxış

selisÖzgə barmağına üzük taxanda.
Qəlbimə tuşladın oxu Sevgilim.
Gözümdən nisgilin yaşı axanda,
Unut söylədilər çoxu Sevgilim.

 

Bu kövrək qəlbimə hopdun və getdin,
Könlün ehtiyacın tapdın və getdin,
Ürəkdən damartək qopdun və getdin,
Yerin sızıldayır axı Sevgilim.

 

Təbəssüm eləyən üzünü gördüm,
Sevgi nuru saçan gözünü gördüm,
Qəlbində alışan közünü gördüm.
Sən demə, görürəm yuxu” Sevgilim”

 

Özünü duyğusuz biritək göstər,

Məzara atılmış diritək göstər,

Cənnətin iz düşməz yeri tək göstər,

Hıçqıra-hıçqıra oxu Sevgilim.

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10