Sevinc Çılğından yeni kitab – “YUMURTA”

17 Baxış

sevincYazar Sevinc Çılğının “Yumurta” adlı ilk hekayələr kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin 13 hekayəsi daxil edilib.

Müəllif kitabını oxuculara belə təqdim edir: “YUMURTA” – nəsr yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır.
Bu YUMURTAdan İNSAN doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır…”

Kitab fərqli və maraqlı konsepsiya üzərində qurulub,  “Cift” və “Döl” adlı iki hissədən ibarətdir. Bu bölmələrə isə uyğun olaraq yazarın ilkin və sonrakı hekayələri toplanıb.

Kitabdakı hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa da, qəhrəmanları əsasən qadınlardır.

Qeyd edək ki, Sevinc Çılğın əsasən şair kimi tanınsa da, məhz hekayələrinə görə, “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərindən biri seçilib.

“Yumurta” müəllifin sayca ikinci kitabıdır. “Alaçarpa” adlı ilk kitabında yazarın şeirləri toplanmışdı.

Yaxın günlərdə kitaba geniş təqdimetmə mərasimi keçiriləcək. Bu barədə oxuculara əlavə məlumat veriləcək.

axar.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10