Sevinc Elsevər uşaq ədəbiyyatı jurnalına rəhbərlik edəcək

25 Baxış

sevincelsever

“Yazı” dərgisinin uşaq ədəbiyyatı əlavəsi nəşr ediləcək. Bu barədə jurnalın baş redaktoru Azad Qaradərəli məlumat verib.

O, yeni jurnala Sevinc Elsevərin rəhbərlik edəcəyini deyib: “Jurnalın yaradıcı qrupunun üzvü Sevinc Elsevərlə belə bir qərara gəldik ki, “Yazı” nın əlavəsi kimi uşaq ədəbiyyatına həsr olunmuş ayırca bir dərgi buraxaq. Azərbaycan uşaq ədəbiyyatının modern düşüncə və qələm sabiblərini bizimlə əməkdaşlığa dəvət edirəm. Əlavədə uşaq romanları, uşaq hekayələri, uşaq şeirləri və uşaq səhnə əsərləri, eləcə də uşaq ədəbiyyatına aid polemik yazılar yer alacaq. İlk nömrəmizi Bilik gününə – 15 sentyabra buraxmağa çalışacağıq”.

Sevinc Elsevər də açıqlamasında jurnal haqqında fikirlərini bildirib: “Bu “Yazı” dərgisinin uşaq əlavəsi kimi işıq üzü görəcək. Hələ ki, mətn toplayırıq. Uşaq əlavəsi Bilik gününə həsr olunacaq və sentyabrda işıq üzü görəcək. Bu açıqlamamızın məhz Beynəlxalq Uşaq günü ərəfəsində yayılması da təsadüfi deyil. Onu da deyim ki, jurnalda çap olunmaq istəyənlər əsərlərini elsever.sevinc@gmail.com elektron ünvanına göndərə bilərlər. Dərgidə müxtəlif rubrikalar olacaq. Məsələn,bir rubrikada yazıçı uşaqlarının çəkdiyi rəsmləri verəcəyik. Ümumiyyətlə,düşünürəm jurnalı balaca rəssamlar bəzəsin. Uşaq yazıçıların da ayrıca bölməsi olacaq”.

Sevinc Elsevər jurnalın adının hələ müzakirə olunduğunu, materiallar toplandıqdan sonra qərar verəcəklərini qeyd edib.

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10